-
«Öz müdafiəm üçün bir neçə kəlmə söz demək istəyirəm»Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
-
-
17 Ətrafdakılar dəhşətə gəldilər. Amma onları dəhşətə gətirən Bulusa vuran adamın hərəkəti yox, Bulusun sözləri oldu. Onlar qəzəblə soruşdular: «Sən Allahın baş kahinini təhqir edirsən?» Bulus cavabı ilə yanındakılara həlim olmağa və qanuna necə hörmət göstərməyə dair nümunə verdi. O dedi: «Qardaşlar, mən onun baş kahin olduğunu bilmirdim. Axı Müqəddəs Yazılarda yazılıb: “Xalqının başçısı haqqında pis danışma”»d (Həv. 23:4, 5; Çıx. 22:28). Bulus Sinedrionun fərisilərdən və saddukilərdən ibarət olduğunu görüb tamam başqa üsula əl atdı. O dedi: «Qardaşlar, mən fərisiyəm, fərisi oğluyam! Məni ölülərin dirilməsinə inandığım üçün mühakimə edirlər» (Həv. 23:6).
-
-
«Öz müdafiəm üçün bir neçə kəlmə söz demək istəyirəm»Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
-
-
d Bəzilərinin fikrincə, gözləri zəif gördüyündən Bulus baş kahini tanıya bilməmişdi. Yaxud da, ola bilsin, çoxdandır Yerusəlimdə olmamışdı deyə, kimin baş kahin olduğunu bilmirdi. Bəlkə də, Bulus adamların arasından kimin onu vurmağı əmr etdiyini görə bilməmişdi.
-