-
Çox sayda insan bir neçə nəfərin vasitəsilə bəslənirGözətçi qülləsi 2013 | 15 iyul
-
-
8. Yeni imana gələnlər Əllinci gün bayramında Məsihin istifadə etdiyi kanalı qəbul etdiklərini necə göstərdilər?
8 Dirilmiş Məsih eramızın 33-cü ilinin Əllinci gün bayramından etibarən, digər məsh olunmuş şagirdlərinə qida vermək üçün həvarilərdən, bir kanal kimi, istifadə etməyə başladı. (Həvarilərin işləri 2:41, 42 ayələrini oxu.) Bu kanal həmin gün məsh olunan yəhudilər və prozelitlər tərəfindən aydın qəbul edildi. Şübhəsiz, onlar «həvarilərdən həvəslə təlim alır»dılar. Bir alimin sözlərinə görə, «həvəslə» kimi tərcümə olunan yunan feli «müəyyən bir yolda dözümlü və məqsədyönlü şəkildə sədaqətli olmaq» deməkdir. Yeni imana gələnlər ruhani cəhətdən ac idilər və ruhani qidanı haradan tapacaqlarını yaxşı bilirdilər. Onlar həvarilərin İsanın sözlərini və gördüyü işləri izah etmələrinə, eləcə də Müqəddəs Yazıların onunla bağlı olan hissələrinə aydınlıq gətirmələrinə tam etibar edirdilərc (Həv. iş. 2:22—36).
-
-
Çox sayda insan bir neçə nəfərin vasitəsilə bəslənirGözətçi qülləsi 2013 | 15 iyul
-
-
c Abzas 8: [3] Yeni imana gələnlərin «həvarilərdən həvəslə təlim [almaları]» həvarilərin müntəzəm olaraq təlim verdiklərini göstərir. Həvarilərin öyrətdikləri hal-hazırda Yunanca Müqəddəs Yazıların bir hissəsi olan ilhamlanmış kitablarda qələmə alınıb.
-