DƏRS 59
Təqiblər qarşısında mətin olun
Gec-tez bütün məsihilər təqiblərlə üzləşirlər. Bəs bu bizi təşvişə salmalıdır?
1. Təqiblərin olacağını haradan bilirik?
Müqəddəs Kitabda açıq-aydın yazılıb: «Məsih İsanın şagirdi kimi mömin həyat sürmək istəyənlərin hamısı təqib olunacaq» (2 Timutiyə 3:12). İsa Məsih Şeytan dünyasına məxsus olmadığı üçün təqiblərə məruz qalırdı. Biz də bu dünyaya məxsus deyilik. Ona görə də hökumətlər və dini təşkilatlar bizi təqib edəndə təəccüblənmirik (Yəhya 15:18, 19).
2. Təqiblərə necə hazırlaşa bilərik?
Biz artıq indidən Yehovaya etibarımızı möhkəmləndirməliyik. Bunun üçün hər gün dua etməyə və Onun Kəlamını oxumağa vaxt ayırın. Yığıncaq görüşlərində müntəzəm iştirak edin. Bütün bunlar sizə güc verəcək ki, hər bir təqibə, hətta ailə üzvləriniz tərəfindən olan təqibə də cəsarətlə sinə gərəsiniz. Tez-tez təqibə məruz qalan həvari Bulus yazmışdı: «Yehova dayağımdır, əsla qorxmaram» (İbranilərə 13:6).
Biz həmçinin müntəzəm təbliğ etməklə daha da cəsarətli ola bilərik. Təbliğ işi bizə Yehovaya etibar etməyi və insan qorxusuna üstün gəlməyi öyrədir (Məsəllər 29:25). Əgər indidən cəsarətlə təbliğ etsəniz, fəaliyyətimiz qadağan olunanda belə, qorxmadan təbliğ edəcəksiniz (1 Salonikililərə 2:2).
3. Təqiblərə dözməyin hansı faydası var?
Sözsüz ki, təqib olunmaq bizə xoş deyil, amma təqiblərə sədaqətlə tab gətirəndə imanımız möhkəmlənir. Yehovaya yaxınlaşırıq. Çünki gücümüz tükənəndə Onun bizə necə kömək etdiyini görürük. (Yaqub 1:2—4 ayələrini oxuyun.) Biz əzab çəkəndə Yehova kədərlənir, amma təslim olmadığımızı görəndə sevinir. Müqəddəs Kitabda deyilir: «Yaxşı iş gördüyünüz üçün əzab çəkirsinizsə və buna dözürsünüzsə, bu, Allaha məqbuldur» (1 Butrus 2:20). Axıra kimi dözən insanlara Yehova əbədi həyat bəxş edəcək. Həmin vaxt bütün insanlar Yehovaya xidmət edəcək və heç kəs onlara mane olmayacaq (Mətta 24:13).
D Ə R İ N L İ Y Ə V A R I N
Görün təqiblərə baxmayaraq, nəyə görə Yehovaya sadiq qalmaq mümkündür və O bizə hansı mükafatı verəcək.
4. Ailə üzvləriniz təqib edəndə möhkəm qalın
İsa bildirmişdi ki, ailə üzvlərimiz Yehovaya ibadət etməyimizə qarşı çıxa bilər. Mətta 10:34—36 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Kimsə Yehovaya xidmət etmək qərarına gələndə nə baş verə bilər?
VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Qohumunuz və ya dostunuz sizi Yehovaya xidmət etmək fikrindən daşındırmağa çalışsa, nə edərsiniz?
Zəbur 27:10 və Mark 10:29, 30 ayələrini oxuyun. Hər ayəni oxuyandan sonra növbəti sualı müzakirə edin:
Ailəniz və ya dostunuz ibadətinizə mane olursa, bu vəd sizə necə kömək edə bilər?
5. Təqiblərə baxmayaraq, Yehovaya ibadət edin
Təqiblər vaxtı Yehovaya ibadət etmək üçün cəsarət lazımdır. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Videodakı nümunələr sizi necə cəsarətləndirir?
Həvarilərin işləri 5:27—29 və İbranilərə 10:24, 25 ayələrini oxuyun. Hər ayəni oxuyandan sonra növbəti sualı müzakirə edin:
Təbliğ işimiz və yığıncaq görüşlərimiz qadağan olunsa da, nəyə görə Yehovaya ibadət etməyə davam etməliyik?
6. Yehova sizə dözməyə kömək edəcək
Dünyanın hər yerində yaşayan Yehovanın Şahidləri təqiblər zamanı sədaqətlə xidmətlərini davam etdiriblər. Onların içində həm yaşlısı olub, həm də cavanı. Görün onlara nə kömək edib. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Videodakı Şahidlərə təqiblərə dözməyə nə kömək etmişdi?
Romalılara 8:35, 37—39 və Filippililərə 4:13 ayələrini oxuyun. Hər ayəni oxuyandan sonra növbəti sualı müzakirə edin:
Bu ayə sizi necə əmin edir ki, hər bir sınağa tab gətirə bilərsiniz?
Mətta 5:10—12 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Təqiblərə baxmayaraq, nəyə görə xoşbəxt ola bilərsiniz?
BƏZİ İNSANLAR DEYİR: «Mən təqiblərə dözə bilmərəm».
Hansı ayələrin köməyi ilə onları əmin edə bilərsiniz ki, sınaqlara dözə bilərlər?
İCMAL
Yehova təqiblərə baxmayaraq, Ona xidmət etməyimizi qiymətləndirir. Onun köməyilə təqiblərə sədaqətlə tab gətirə bilərik!
Təkrar
Məsihilər nəyə görə təqiblərlə üzləşir?
Təqiblərə hazır olmaq üçün indidən nə etməlisiniz?
Sizi nə əmin edir ki, sınaqlara baxmayaraq, Yehovaya xidmət edə bilərsiniz?
Ə L A V Ə M Ə L U M A T
Görün Yehova bitərəfliyə görə həbs olunan qardaşa dözməyə necə kömək edib.
Bir cütlük nəyin sayəsində uzun illər Yehovaya sədaqətlə xidmət edib?
Təqiblərə cəsarətlə necə sinə gərə bilərsiniz?
«Təqiblərə indidən hazırlaşın» («Gözətçi qülləsi», iyul 2019)
Ailə üzvlərimizin bizi təqib etməsinə necə yanaşmalıyıq? Sülhü qorumaq, eyni zamanda Yehovaya sadiq qalmaq üçün nə edə bilərik?
«Sülh yox, qılınc gətirməyə gəlmişəm» («Gözətçi qülləsi», oktyabr 2017)