-
Dünyadakı əzabların səbəbkarı kimdir?Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
DƏRS 26
Dünyadakı əzabların səbəbkarı kimdir?
«Axı niyə?» Bədbəxt hadisə baş verəndə insanlarda dərhal bu sual yaranır. Nə yaxşı ki Müqəddəs Kitabda bu suala aydın cavab verilir.
1. Şər dünyaya necə daxil oldu?
Şeytan Allaha qarşı üsyan etdi. O hökmranlıq etmək sevdasına düşmüşdü. Buna görə də ilk insanları, Adəmlə Həvvanı da üsyana qaldırdı. Bu məqsədə nail olmaq üçün o, Həvvaya yalan söylədi (Yaradılış 3:1—5). Onu inandırdı ki, Yehova ondan yaxşı bir şey gizlədir. Şeytan dolayı yolla dedi ki, insanlar Allaha tabe olmasalar, daha xoşbəxt olarlar. Üstəlik, o, Həvvaya ölməyəcəyini dedi. Beləcə, dünyada ilk yalanı söylədi. Bu səbəbdən Müqəddəs Kitabda deyilir ki, Şeytan «yalançıdır və yalanın atasıdır» (Yəhya 8:44).
2. Adəmlə Həvva hansı qərarı verdi?
Yehova Adəmlə Həvvanı hər şeylə təmin etmişdi. Onlara demişdi ki, bağdakı bütün ağacların meyvəsindən yeyə bilərlər, təkcə bir ağacdan başqa (Yaradılış 2:15—17). Buna baxmayaraq, onlar qadağan olunmuş ağacın meyvəsindən yemək qərarına gəldilər. Əvvəlcə, Həvva «onun meyvəsindən götürüb yedi». Sonra Adəm də yedi (Yaradılış 3:6). Onların ikisi də Allahın itaətindən çıxdı. Adəmlə Həvva kamil idi. Onlarda günah əmələ meyil yox idi. Buna görə də Allahın itaətindən çıxmaq onların bilərəkdən etdiyi seçim idi. Beləliklə, onlar günah işləyib, Allahın hakimiyyətini rədd etdilər. Bu qərar onlara baha başa gəldi (Yaradılış 3:16—19).
3. Adəmlə Həvvanın qərarı bizə necə təsir edir?
Adəmlə Həvva günah işləyəndə kamilliyi itirdi. Onlar günahı irsən övladlarına ötürdülər. Müqəddəs Kitabda Adəmlə bağlı deyilir: «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi» (Romalılara 5:12).
Bəs biz nəyə görə əzab çəkirik? Müxtəlif səbəblərə görə. Məsələn, bəzən özümüz yanlış qərarlar veririk, bəzən də başqalarının verdiyi yanlış qərarlara görə əziyyət çəkirik. Hərdən isə sadəcə təsadüfün qurbanı oluruq. (Vaiz 9:11 ayəsini oxuyun.)
D Ə R İ N L İ Y Ə V A R I N
Dünyadakı əzab-əziyyətin səbəbkarının Allah olmadığını və bəndələri əzab çəkəndə Onun hansı hissləri keçirdiyini öyrənin.
4. Əzablarımızın səbəbkarı
Çox adam elə bilir ki, bəşəriyyəti Allah idarə edir. Bəs bu, doğrudan, belədir? VİDEOYA baxın.
Yaqub 1:13 və 1 Yəhya 5:19 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:
Əzabların səbəbkarı Allahdır?
5. Şeytanın hökmranlığının nəticələri
Yaradılış 3:1—6 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Şeytan hansı yalanı danışdı? (4 və 5-ci ayələrə baxın.)
Şeytan Yehovanın insanlardan yaxşı bir şey gizlətdiyinə hansı sözlərlə eyham vurdu?
Şeytan həmçinin necə eyham vurdu ki, xoşbəxt olmaq üçün insanın Yehovanın hakimiyyətinə ehtiyacı yoxdur?
Vaiz 8:9 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Dünya Yehovanın hakimiyyəti altında olmadığı üçün vəziyyət nə yerdədir?
Adəmlə Həvva kamil idi və Cənnətdə yaşayırdı. Amma onlar Şeytana qulaq asdılar və Yehovaya qarşı üsyan etdilər
İlk üsyandan sonra dünyanı günah, əzab-əziyyət və ölüm cənginə aldı
Yehova günaha, əzablara və ölümə son qoyacaq. İnsanlar yenidən kamil olacaq və Cənnətdə yaşayacaq
6. Yehova əzablarımıza biganə yanaşmır
Allah əzablarımıza necə yanaşır? Görün Davud peyğəmbər və həvari Butrus bu barədə nə yazmışdı. Zəbur 31:7 və 1 Butrus 5:7 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:
Yehova insanların əzablarını görür, onlara biganə yanaşmır. Bunu bilmək sizdə hansı hissləri oyadır?
7. Allah əzablara son qoyacaq
Əşiya 65:17 və Vəhy 21:3, 4 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:
Yehova vəd edir ki, ağrı-acıya son qoyacaq, insanlara dəymiş bütün zərəri aradan qaldıracaq. Nəyə görə bu vəd sizə təsəlli verir?
Bilirsiniz?
Şeytan ilk yalanı söyləyəndə Yehovaya böhtan atmışdı. Yəni Yehovanın ədalətli Hökmdar olduğuna, insanları sevdiyinə şübhə yaratmışdı. Tezliklə Yehova insanların bütün əzablarına son qoyacaq. Bununla da Öz adını təmizə çıxaracaq. Başqa sözlə, sübut edəcək ki, Onun hakimiyyəti ən yaxşı hakimiyyətdir. Yehovanın adının təmizə çıxarılması dünyada ən mühüm məsələdir (Mətta 6:9, 10).
BƏZİ İNSANLAR DEYİR: «Allah sevdiyi bəndəsini sınağa çəkir».
Siz nə deyərdiniz?
İCMAL
Şeytana və Adəmlə Həvvaya görə şər bu dünyaya daxil oldu. Yehova çəkdiyimiz əzabları görür və tezliklə onlara son qoyacaq.
Təkrar
Şeytan Həvvaya hansı yalanı söylədi?
Adəmlə Həvvanın üsyanı bizə necə təsir edir?
Haradan bilirik ki, Yehova çəkdiyimiz əzablara biganə yanaşmır?
Ə L A V Ə M Ə L U M A T
Görün Müqəddəs Kitaba əsasən, günah nədir.
Şeytanın Ədən bağında qaldırdığı sual barədə oxuyun.
«Allah nə üçün əzab-əziyyətə yol verir?» («Gözətçi qülləsi», yanvar—mart 2014)
Çoxlarını narahat edən çətin bir sualın cavabı insana təsəlli verə bilər.
«Nəyə görə yəhudilərin soyqırımı baş verdi? Allah niyə bunun qarşısını almadı?» (internet məqaləsi)
Bir nəfər ətrafda gördüyü əzab-əziyyətlərlə bağlı nə öyrəndi?
-
-
İsa Məsihin ölümü xilasa necə yol açdı?Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
Adəmlə Həvva Allahın itaətindən çıxdığı üçün biz günah işləyir, əzab-əziyyət çəkir və ölürüka. Amma vəziyyət ümidsiz deyil. Yehova Allah bizi günah və ölümdən xilas etmək üçün tədbir gördü: İsa Məsihi yer üzünə göndərdi ki, uğrumuzda həyatını qurban versin. Müqəddəs Kitabda deyilir ki, İsanın ölümü ilə fidyə əldə olundu. Fidyə kimisə azad etmək üçün ödənilən dəyərdir. İsanın ödədiyi dəyər onun kamil insan həyatı idi. (Mətta 20:28 ayəsini oxuyun.) İsa könüllü surətdə yer üzündə əbədi yaşamaq hüququndan imtina etdi. Bunun sayəsində biz Adəmlə Həvvanın itirdiyi hər şeyi yenidən əldə edə bilərik. Fidyə həmçinin İsanın və Yehovanın bizi nə qədər çox sevdiyini göstərir. Bu dərs sizə İsa Məsihin ölümünün mahiyyətini dərindən başa düşməyə kömək edəcək.
1. İsa Məsihin ölümü sayəsində bu gün nə əldə edirik?
Günahlı olduğumuz üçün Yehovanın qarşısında çoxlu səhvlər edirik. Bununla belə, biz Allahla dost ola bilərik. Bir şərtlə ki, günahlarımıza görə ürəkdən tövbə edək, Yehovadan İsa Məsih vasitəsilə bizi bağışlamasını diləyək və həmin günahları bir daha təkrarlamamaq üçün var gücümüzlə çalışaq (1 Yəhya 2:1). Müqəddəs Kitabda deyilir: «Saleh insan olan Məsih də qeyri-salehlərin uğrunda günahlardan ötrü bir dəfə öldü ki, sizi Allaha yaxınlaşdırsın» (1 Butrus 3:18).
2. İsa Məsihin ölümü sayəsində gələcəkdə nə əldə edəcəyik?
Yehova İsa Məsihi göndərdi ki, kamil insan həyatını qurban versin. «Bunu ona görə etdi ki, ona [İsaya] iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16). İsanın bu fədakarlığı sayəsində Yehova Adəmin itaətsizliyi ucbatından bəşəriyyətə dəymiş bütün zərəri tezliklə aradan qaldıracaq. Bu o deməkdir ki, İsa Məsihin qurbanlığına iman etsək, yer üzü cənnətdə əbədiyyən xoşbəxt yaşayacağıq! (Əşiya 65:21—23).
D Ə R İ N L İ Y Ə V A R I N
İsa Məsihin öz həyatını nəyə görə qurban verdiyi barədə ətraflı öyrənin və görün bu sizin üçün hansı əhəmiyyəti kəsb edir.
3. İsa Məsihin ölümü bizi günah və ölümdən azad edir
VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Allaha itaətsizlik etməklə Adəm hansı imkanı itirdi?
Romalılara 5:12 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Adəmin günahının sizin həyatınıza hansı təsiri var?
Yəhya 3:16 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Yehova Oğlunu yer üzünə nəyə görə göndərdi?
Adəm kamil insan idi. O, Allahın itaətindən çıxdı, beləcə, bəşəriyyəti günah və ölümə düçar etdi
İsa Məsih kamil insan idi. O, Allaha itaət etdi, beləcə, insanların kamilliyə və əbədi həyata qovuşmasına yol açdı
4. İsa Məsihin ölümü bütün bəşəriyyətə fayda gətirir
VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Necə ola bilər ki, bir nəfərin ölümü bütün bəşəriyyətə fayda versin?
1 Timutiyə 2:5, 6 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Adəm kamil insan idi. O, bəşəriyyəti günah və ölümə düçar etdi. İsa da kamil insan idi. Nəyə görə İsanın ödədiyi fidyə müvafiq fidyə idi və bunun sayəsində nə əldə edildi?
5. Fidyə Yehovanın sizə ənamıdır
Yehovanın dostları fidyəyə şəxsən özlərinə verilmiş bir ənam kimi baxırlar. Qalatiyalılara 2:20 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Nədən görünür ki, Bulus fidyəyə şəxsən ona verilmiş bir ənam kimi baxırdı?
Adəm günah işləyəndə həm o, həm də bütün övladları ölümə məhkum olundu. Ancaq Yehova Oğlunu yer üzünə göndərdi ki, canını qurban versin və bunun sayəsində siz əbədi yaşaya biləsiniz.
Növbəti ayələri oxuyarkən təsəvvür edin, Oğlu əzab çəkəndə Yehova hansı hissləri keçirmişdi. Yəhya 19:1—7, 16—18 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Yehovanın və İsanın sizin üçün etdikləri üzərində düşünəndə hansı hissləri keçirirsiniz?
BƏZİ İNSANLAR SORUŞUR: «Necə ola bilər ki, bir nəfərin ölümü bütün bəşəriyyətə həyat versin?»
Siz necə cavab verərdiniz?
İCMAL
İsa Məsihin ölümü günahlarımızı bağışlamaq üçün Yehovaya əsas verdi və əbədi xoşbəxt həyata yol açdı.
Təkrar
İsa nəyə görə öldü?
Nə üçün İsanın ödədiyi fidyə müvafiq fidyə idi və bunun sayəsində nə əldə edildi?
İsanın ölümü şəxsən sizin qarşınızda hansı imkanı açır?
Ə L A V Ə M Ə L U M A T
Nəyə görə İsanın kamil insan həyatı fidyə adlanır?
«İsa Məsihin həyatını qurban verməsi “çoxları uğrunda” necə fidyə oldu?» (internet məqaləsi)
Günahdan və ölümdən xilas olmaq üçün nə etməliyik?
«İsa Məsih Xilaskardır. Bu nə deməkdir?» (internet məqaləsi)
Yehova ağır günahları da bağışlayır?
«Müqəddəs Yazılara aid suallara cavab» («Gözətçi qülləsi», 1 may 2013)
Fidyə barədə öyrənmək bir nəfərə həyat tərzini dəyişməyə necə kömək edib?
a Günah sadəcə pis əməl törətmək deyil. O həmçinin bizi pis əmələ sövq edən, daxilimizdə olan meyildir. Biz bu meyli Adəmlə Həvvadan irsən almışıq.
-