-
Ruhani düşüncəli insan kimə deyilir?Gözətçi qülləsi 2018 | fevral
-
-
RUHANİ DÜŞÜNCƏLİ İNSAN
3. Müqəddəs Kitab cismani düşüncəli insanla ruhani düşüncəli insan arasındakı fərqi necə təsvir edir?
3 Həvari Bulus məktublarından birində ruhani və cismani düşüncəli insanlar arasındakı fərqi təsvir etmişdi. (1 Korinflilərə 2:14—16 ayələrini oxuyun.) Onun təsvirinə əsasən, «cismani düşüncəli insan Allahın ruhuna aid şeyləri qəbul etmir, çünki onun üçün bunlar ağılsızlıqdır». «Ruhani düşüncəli insan» isə «hər şeyi tədqiq edir» və «Məsihin düşüncəsinə sahib»dir. Həvari oxucularını ruhani düşüncəli insan olmağa səsləyir. Belə isə, gəlin görək ruhani və cismani düşüncəli insan arasında daha hansı fərq var.
-
-
Ruhani düşüncəli insan kimə deyilir?Gözətçi qülləsi 2018 | fevral
-
-
6. Ruhani düşüncəli insana hansı xüsusiyyətlər xasdır?
6 Bəs «ruhani düşüncəli insan»ı səciyyələndirən xüsusiyyətlər hansılardır? Cismani düşüncəli insandan fərqli olaraq, ruhani düşüncəli insan hər addımında Allahı düşünür. O, bir övlad kimi Yaradanına bənzəməyə can atır (Efes. 5:1). Yəni Yehovanın əqlini dərk etməyə, hər bir şeyə Onun gözü ilə baxmağa çalışır. Bu insan üçün Allah realdır. Buna görə də o, hər zaman İlahinin qayda-qanunları ilə yaşamağa can atır (Zəb. 119:33; 143:10). O, cismani əməlləri rədd edir, özündə «ruhun bəhrəsi»ni yetişdirmək üçün səy göstərir (Qal. 5:22, 23). Ruhani düşüncəli insan olmağın nə demək olduğunu daha aydın başa düşmək üçün belə bir misal çəkmək olar. Məsələn, həmişə müsbət düşünən insana pozitiv düşüncəli insan deyilir. Eləcə də, ibadəti və ibadətlə bağlı işləri hər şeydən üstün tutan insan ruhani düşüncəli insan adlanır.
7. Müqəddəs Kitabda ruhani düşüncəli insan barədə nə yazılıb?
7 Müqəddəs Kitabda ruhani düşüncəli insandan ağızdolusu danışılır. Məsələn, Mətta 5:3 ayəsində yazılıb: «Ruhani nemətlərə susayanlar nə xoşbəxtdirlər, çünki səmavi padşahlıq onlarındır» (İncil, 2010). Romalılara 8:6 ayəsi bu düşüncənin faydasını vurğulayaraq deyir: «Daima cismani istəklər haqqında düşünmək ölüm, ruhani şeylər barəsində düşünmək isə həyat və sülh gətirir». Beləliklə, biz bütün diqqətimizi ruhani şeylərə cəmləsək, həm Yaradanımızla münasibətimiz yaxşı olar, həm daxili rahatlıq taparıq, həm də gələcəkdə əbədi cənnət həyatına qovuşarıq.
-