DƏRS 60
Yehova ilə əbədiyyən dost olun
Dərs keçdiyiniz bu müddətdə Yehova haqqında çox şey öyrənmisiniz. Öyrəndikləriniz ürəyinizdə Ona qarşı sevgi oyadıb. Ola bilsin, bu sevgi sizi həyatınızı Yehovaya həsr edib, vəftiz olunmağa təşviq edib. Əgər hələ bu addımı atmamısınızsa, yəqin ki, yaxın gələcəkdə bunu etmək barədə düşünürsünüz. Bir şeyi unutmayın, siz vəftizdən sonra da Yehovaya yaxınlaşmağa davam etməlisiniz. Əslində, Yehova ilə dostluğu əbədiyyən möhkəmləndirməliyik. Bunu necə edə bilərik?
1. Nəyə görə Yehova ilə dostluğunuzu möhkəmləndirməyə davam etməlisiniz?
Yehova ilə dostluğumuzu möhkəmləndirmək üçün həmişə var gücümüzlə çalışmalıyıq. Əks halda, Ondan uzaqlaşarıq (İbranilərə 2:1). Yehovaya bundan sonra da sədaqətlə xidmət etməyə bizə nə kömək edə bilər? Təbliğ işində fəal olmaq və hər fürsətdən istifadə edib xidmətimizi genişləndirmək. (Filippililərə 3:16 ayəsini oxuyun.) Yehovaya xidmət etmək ən gözəl həyat yoludur! (Zəbur 84:10).
2. Daha nə etməlisiniz?
Artıq Müqəddəs Kitab dərsiniz başa çatır, amma məsihi kimi yaşamağa bundan sonra da davam etməlisiniz. Allahın Kəlamında deyilir ki, biz «yeni şəxsiyyətə» bürünməliyik (Efeslilərə 4:23, 24). Müqəddəs Kitabı araşdırdıqca, yığıncaq görüşlərində iştirak etdikcə Yehova barədə, Onun xüsusiyyətləri barədə yeni şeylər öyrənəcəksiniz. Çalışın get-gedə Ona daha çox bənzəyəsiniz. Yehovanın könlünü şad etmək üçün özünüzdə daima lazımi dəyişikliklər edin.
3. Yehova sizə necə kömək edəcək?
Müqəddəs Kitabda deyilir: «Allah... təliminizi başa çatdıracaq, sizi güclü, mətin, sarsılmaz edəcək» (1 Butrus 5:10). Hər birimiz bizi günaha sövq edən vəziyyətlərlə üzləşirik. Amma Yehova bizə bu vəziyyətlərdən üzüağ çıxmağa kömək edir (Zəbur 139:23, 24). O söz verir ki, sədaqətlə xidmət edə bilək deyə qəlbimizdə həm arzu oyadacaq, həm də bizə güc verəcək. (Filippililərə 2:13 ayəsini oxuyun.)
D Ə R İ N L İ Y Ə V A R I N
Görün bundan sonra da Yehovaya yaxınlaşmaq üçün nə edə bilərsiniz və O sizə necə yar olacaq.
4. Ən yaxşı Dostunuzla həmişə ünsiyyət edin
Dua etməyin və Müqəddəs Kitabı araşdırmağın sayəsində Yehova ilə dost olmusunuz. Bəs bunlar Ona daha da yaxınlaşmağa sizə necə kömək edə bilər?
Zəbur 62:8 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Yehova ilə dostluğunuzu möhkəmləndirmək üçün dualarınızda nəyi dəyişə bilərsiniz?
Zəbur 1:2 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Yehova ilə münasibətinizi möhkəmləndirmək üçün Müqəddəs Kitabın mütaliəsini necə yaxşılaşdıra bilərsiniz?
Fərdi mütaliəni daha səmərəli etmək üçün nə edə bilərsiniz? VİDEOYA baxın və növbəti sualları müzakirə edin:
Videodakı hansı məsləhətləri tətbiq edə bilərsiniz?
Hansı mövzuları araşdırmaq istəyərdiniz?
5. Qarşınıza ruhani məqsədlər qoyun
Ruhani məqsədlər Yehova ilə münasibətlərinizi möhkəmləndirməyə kömək edəcək. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Videodakı bacıya ruhani məqsədlərin hansı faydası oldu?
Hər kəs təbliğ etmək üçün başqa ölkəyə köçə bilmir. Amma hamımız qarşımıza əlçatan məqsədlər qoya bilərik. Məsəllər 21:5 ayəsini oxuyun və düşünün görün növbəti sahələrlə bağlı qarşınıza hansı məqsədləri qoya bilərsiniz:
Yığıncaqla bağlı
Təbliğ işi ilə bağlı
Ayədəki prinsip məqsədlərinizə çatmağa sizə necə kömək edə bilər?
Növbəti məqsədlərə can atın
Duanızı yaxşılaşdırın.
Müqəddəs Kitabı əvvəldən axıra kimi oxuyun.
Yığıncaqda hamı ilə tanış olun.
Müqəddəs Kitab dərsi keçməyə başlayın və davam edin.
Köməkçi öncül və ya öncül kimi xidmət edin.
Əgər qardaşsınızsa, yığıncaq xidmətçisi olmağa can atın.
6. Əbədi xoşbəxt həyat!
Zəbur 22:26 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Həm indi, həm də əbədiyyən xoşbəxt yaşamaq üçün nə edə bilərsiniz?
İCMAL
Bundan sonra da Yehova ilə dostluğunuzu möhkəmləndirin və qarşınıza ruhani məqsədlər qoyun. Belə etsəniz, əbədiyyən xoşbəxt yaşayacaqsınız!
Təkrar
Nəyə görə əmin ola bilərsiniz ki, Yehova sizə sədaqətlə xidmət etməyə kömək edəcək?
Yehova ilə dostluğunuzu necə möhkəmləndirə bilərsiniz?
Ruhani məqsədlər Yehovaya daha da yaxınlaşmağa sizə necə kömək edə bilər?
Ə L A V Ə M Ə L U M A T
Yehova üçün nə daha qiymətlidir: imanımızı göstərmək üçün bir dəfə yaddaqalan nəsə etmək, yoxsa ömürboyu sədaqətlə xidmət etmək?
Hətta Yehovanın sadiq xidmətçisi də sevincini itirə bilər. Görün sevincimizi necə qaytara bilərik.
Qarşınıza hansı ruhani məqsədlər qoya bilərsiniz və onlara çatmaq üçün nə edə bilərsiniz?
«Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun» («Gözətçi qülləsi», 15 iyul 2004)
Nəyə görə məsihi üçün yetkinlik vacibdir və buna necə nail ola bilərsiniz?
«Yetkinliyə doğru tərəqqi et —“Yehovanın möhtəşəm günü yaxındır”» («Gözətçi qülləsi», 15 may 2009)