-
Müjdəni bölüşməyin üsullarıƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
1. Öyrəndiklərinizi tanıdığınız insanlara necə danışa bilərsiniz?
İsanın şagirdləri demişdi: «Biz gördüyümüz və eşitdiyimiz şeylər barəsində danışmaya bilmərik» (Həvarilərin işləri 4:20). Bəli, həqiqət onlar üçün çox dəyərli idi. Buna görə də onu mümkün qədər çox insana danışmaq istəyirdilər. Siz də həqiqətə bu cür yanaşırsınız? Əgər elədirsə, hər fürsətdən istifadə edib, öyrəndiklərinizi qohumlarınıza və dostlarınıza hörmətcil şəkildə danışın. (Koloslulara 4:6 ayəsini oxuyun.)
Söhbətə necə başlamalı?
Qohumlarınızla söhbət edəndə Müqəddəs Kitabdan hansısa mövzu barədə danışmağa belə başlaya bilərsiniz: «Bu həftə maraqlı bir şey öyrənmişəm».
Dostunuz xəstələnibsə, yaxud narahatlıq keçirirsə, ona Müqəddəs Kitabdan təsəlliverici ayə oxuyun.
İş yoldaşınız həftəsonunu necə keçirdiyinizi soruşanda Müqəddəs Kitab dərsində, yaxud yığıncaqda öyrəndiyiniz fikri bölüşün.
Dostlarınızı jw.org saytı ilə tanış edin.
Növbəti dəfələrdə Müqəddəs Kitab dərsinizə kimisə dəvət edin, yaxud jw.org saytında Müqəddəs Kitab dərsi üçün müraciət etməyin üsulunu göstərin.
-
-
Müjdəni bölüşməyin üsullarıƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
4. Hörmətlə danışın
Xoş xəbəri kiminləsə bölüşmək istəyəndə təkcə nə deyəcəyinizi yox, necə deyəcəyinizi də düşünün. 2 Timutiyə 2:24 və 1 Butrus 3:15 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:
Müqəddəs Kitab barədə söhbət edərkən bu ayələrdəki məsləhətlərə necə əməl edə bilərsiniz?
Ailə üzvləriniz və ya dostlarınız sizinlə razılaşmaya bilər. Bu zaman nə etsəniz yaxşı olar? Bəs nə etmək olmaz?
Nə üçün yaxşı olar ki, qəti danışmayasınız, əksinə, nəzakətlə suallar verəsiniz?
-