ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 SALONİKİLİLƏRƏ 1—3
Qanunsuz adamın üzə çıxması
Bulus bu ayələrdə nə demək istəyirdi?
«Qarşısını alır» (6-cı ayə) — Görünür, söhbət həvarilərdən gedir
«Zühur etməsi» (6-cı ayə) — Həvarilərin ölümündən sonra dönük məsihilər dini riyakarlıqları və yalan təlimləri ilə aşkara çıxdılar
«Onun qanunsuzluğu bir sirdir» (7-ci ayə) — Bulusun günlərində qanunsuz adamın kimliyi aydın bilinmirdi
«Qanunsuz adam» (8-ci ayə) — Bu gün bu, Xristian dünyasının ruhanilərini bir qrup şəklində təmsil edir
«Ağamız İsa... hüzuru aşkar olan vaxt onu [qanunsuz adamı] yox edəcək» (8-ci ayə) — İsa Yehovanın Şeytan dünyasına, o cümlədən «qanunsuz adama» çıxardığı hökmü icra edərək göydə Padşah olduğunu nümayiş etdirəcək
Nəyə görə bu ayələr sizi səylə və təxirə salmadan təbliğ işində iştirak etməyə təşviq edir?