-
Saleh adamla şər adam arasındakı fərqGözətçi qülləsi 2018 | yanvar
-
-
9. Hansı amillər uşaqlarda itaət ruhunu inkişaf etdirə bilər?
9 İtaətsizlik ruhuna «yoluxmamaq» üçün uşaqlar nə etməlidirlər? İlk növbədə onlar valideynlərinin onlar üçün çəkdiyi əziyyəti qiymətləndirməlidirlər. Bundan əlavə, itaətin bütün bəşərin Atası olan Allahın tələbi olduğunu özünə xatırlatmaq uşağa qədirbilən və itaətli olmağa kömək edəcək. Uşaq həmyaşıdlarının yanında valideynləri haqqında ehtiramla danışanda, bir növ, həmyaşıdlarına da valideynə hörmət hissini aşılamış olur. Bulus demişdi ki, axırzamanda insanlar doğmalarını sevməyəcəklər. Uşaq ata-anasından sevgi hiss etməyəndə onun üçün itaət etmək çətin olur. Valideynləri tərəfindən sevilən övlad isə hətta onların sözündən çıxmaq istəsə belə, bunu etməyəcək, valideynini məmnun etməyə çalışacaq. Ostin adlı qardaşımız uşaq vaxtlarını xatırlayaraq deyir: «Öz bildiyimi etmək istədiyim vəziyyətlər çox olurdu. Amma mənə itaətli olmağa kömək edən o idi ki, valideynlərim həmişə mənimlə oturub söhbət edirdilər. Qoyduqları qaydaların səbəbini həmişə izah edirdilər. Mən hiss edirdim ki, onlar mənim yaxşılığımı istəyir. Bu isə məni onları razı salmağa sövq edirdi».
10, 11. a) Hansı geniş yayılmış keyfiyyətlər insanlar arasında xətir-hörmətin azaldığından xəbər verir? b) Məsihilər başqaları ilə rəftarda hansı ali qaydanı rəhbər tuturlar?
10 Həvari Bulus insanlar arasında xətir-hörmətin azalacağını göstərən bir sıra əlavə mənfi xüsusiyyətlərin adını çəkir. Valideynə itaətsizlik xüsusiyyətindən sonra Bulus insanların nankor olacağını deyir. Burada məntiqli bağlılıq var, çünki itaətsizliyin özü çox vaxt qədirbilməzlikdən irəli gəlir. Siyahı vəfasız, sonra barışmaz sözləri ilə davam edir. Həvari həmçinin deyir ki, cəmiyyət küfr danışan («söyüşkən», haş.) və xain olacaq. Yəni insanlar bir-birini, Allahı təhqir edəcək, xəyanətkar olacaqlar. Bulus həm də deyir ki, axırzaman insanları böhtançı olacaq, bu isə o deməkdir ki, insanlar bir-birinə şər atacaq, qara yaxacaqlara.
-
-
Saleh adamla şər adam arasındakı fərqGözətçi qülləsi 2018 | yanvar
-
-
a Böhtançı sözü ilə tərcümə edilən yunan sözü «diabolos» Müqəddəs Kitabda Allaha şər atan Şeytanın adlarından biri kimi də işlənir.
-