DƏRS 36
Hər sahədə dürüst olun
Hər kəs dostlarının dürüst olmasını istəyir. Eynilə Yehova da dostlarından dürüstlük gözləyir. Amma bu heç də asan deyil. Çünki yaşadığımız dünyada əksər insanlar nadürüstlük edir. Bununla belə, hər sahədə dürüst olmağın çoxlu faydaları var. Gəlin görək bunlar hansılardır.
1. Ən əsası nəyə görə dürüst olmalıyıq?
Dürüst davrananda Yehovanı sevdiyimizi, Ona hörmət etdiyimizi göstəririk. Bizim düşüncələrimiz, əməllərimiz Yehovanın gözü önündədir (İbranilərə 4:13). Dürüst davranmağımız Yehovanın diqqətindən yayınmır. Bu Ona xoş gedir. Onun Kəlamında deyilir: «Yehova fitnəkardan ikrah edər, amma saleh adamla dostluq edər» (Məsəllər 3:32).
2. Həyatın hansı sahələrində dürüst olmaq lazımdır?
Yehova Kəlamında buyurur: «Bir-birinizə həqiqəti söyləyin» (Zəkəriyyə 8:16, 17). Nə mənada? Ailə üzvlərimizlə, iş yoldaşlarımızla, dindaşlarımızla və hökumət nümayəndələri ilə danışanda biz nə yalan söyləyirik, nə də yanlış məlumat veririk. Dürüst insan oğurluq etmir, heç kimə kələk gəlmir. (Məsəllər 24:28 və Efeslilərə 4:28 ayələrini oxuyun.) Bütün vergiləri ödəyir (Romalılara 13:5—7). Beləliklə, biz hər sahədə dürüst olmağa çalışırıq (İbranilərə 13:18).
3. Dürüst olmağın hansı faydaları var?
Dürüst insana başqaları etibar edir. Dürüst davranışımızla biz yığıncağın mehriban ailə kimi olmasına, hər kəsin özünü arxayın hiss etməsinə töhfə veririk. Həmçinin vicdanımız təmiz olur. Ən əsası, dürüstlüyümüzlə «Xilaskarımız Allahın təlimini» bəzəyirik və başqalarında Yehovaya ibadət etmək istəyi oyadırıq (Titusa 2:10).
D Ə R İ N L İ Y Ə V A R I N
Görün Yehova dürüstlüyə necə yanaşır, dürüstlüyün bizə hansı faydası var və həyatın müxtəlif sahələrində necə dürüst davrana bilərik.
4. Dürüstlük Yehovaya xoş gedir
Zəbur 44:21 və Məlaki 3:16 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:
Həqiqəti ört-basdır edə biləcəyimizi düşünmək nəyə görə ağılsızlıqdır?
Sizcə, çətin olanda da düzünü danışırıqsa, Yehova nə hiss edir?
5. Hər zaman dürüst davranın
Çoxları düşünür ki, həmişə dürüst davranmağa gərək yoxdur. Amma görün biz nə üçün hər zaman dürüst davranmalıyıq. VİDEOYA baxın.
İbranilərə 13:18 ayəsini oxuyun və müzakirə edin: Növbəti sahələrdə necə dürüst ola bilərsiniz?
Ailədə
İşdə və ya məktəbdə
Digər sahələrdə
6. Dürüstlüyün xeyri
Bəzən dürüst davranmaq müəyyən problemlərə səbəb olsa da, bu, ən ağıllı hərəkətdir. Zəbur 34:12—16 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Dürüstlüyün sizə hansı xeyri var?
Ərlə arvad dürüst olanda ailə möhkəm olur
Dürüst işçi müdirin etibarını qazanır
Dürüst vətəndaş hökumət nümayəndələrinin yanında yaxşı ad qazanır
BƏZİ İNSANLAR DEYİR: «Xırda yalanın heç kimə ziyanı yoxdur».
Sizcə, nəyə görə Yehova hər cür yalana nifrət edir?
İCMAL
Yehova istəyir ki, dostları hər zaman sözdə və əməldə dürüst olsun.
Təkrar
Hansı sahələrdə dürüst olmalıyıq?
Həqiqəti ört-basdır edə biləcəyimizi düşünmək nəyə görə ağılsızlıqdır?
Nəyə görə hər zaman dürüst olmaq istəyirsiniz?
Ə L A V Ə M Ə L U M A T
Valideynlər övladlarına dürüst olmağı necə aşılaya bilər?
Verdiyimiz sözü tutmağın hansı faydası var?
Hətta düzgün məqsədlər üçün istifadə olunmasa belə, vergiləri ödəmək lazımdır?
«Vergiləri ödəmək lazımdır?» («Gözətçi qülləsi», 1 sentyabr 2011)
Görün nadürüst insanı dəyişməyə və halal pul qazanmağa nə təşviq etdi.
«Yehovanın mərhəmətli və bağışlayan olduğunu öyrəndim» («Gözətçi qülləsi», 1 may 2015)