-
Sınaqlar zamanı sevincimizi qoruyaqGözətçi qülləsi—Təlim nəşri 2021 | fevral
-
-
2 İnsanlar təqiblərə sevindirici bir şey kimi baxmır. Ancaq Müqəddəs Kitab bizə məhz bunu buyurur. Şagird Yaqub yazmışdı ki, sınaqlarla üzləşərkən biz təlaşa düşməməliyik, əksinə, onları sevinclə qarşılamalıyıq (Yaq. 1:2, 12). İsa da demişdi ki, biz təqiblərə məruz qalsaq da, xoşbəxt olmalıyıq. (Mətta 5:11 ayəsini oxuyun.) Bəs sınaqlarla üzləşərkən sevinci qorumaq necə mümkündür? Yaqubun birinci əsrdəki məsihilərə yazığı məktubdan bununla bağlı çox şey öyrənə bilərik. Onun yazdığı bəzi fikirləri araşdırmazdan öncə gəlin görək həmin məsihilər hansı çətinliklərlə üzləşmişdilər.
BİRİNCİ ƏSRDƏKİ MƏSİHİLƏRİN ÜZLƏŞDİYİ SINAQLAR
3. Yaqub İsanın şagirdi olandan qısa müddət sonra nələr baş verdi?
3 İsanın qardaşı Yaqub şagird olandan qısa müddət sonra Yerusəlimdəki məsihilərə qarşı təqiblər başladı (Həv. 1:14; 5:17, 18). Şagird Stefan öldürüləndən sonra məsihilər «Yəhudiyyə və Səməriyyə bölgələrinə dağılışdı». Hətta bəziləri daha uzağa, «Kipr və Antakyaya gedib çıxdılar» (Həv. 7:58—8:1; 11:19). Sözsüz ki, onlar çoxlu çətinliklərlə üzləşmişdilər. Bütün bunlara baxmayaraq, onlar getdikləri hər yerdə xoş xəbəri canla-başla təbliğ edirdilər və Roma imperiyasının bir çox ərazilərində yığıncaqlar yaranmağa başladı (1 But. 1:1). Amma birinci əsrdəki məsihiləri qarşıda daha ağır dövr gözləyirdi.
4. Birinci əsrdəki məsihilərin başqa hansı çətinlikləri olmuşdu?
4 Birinci əsrdəki məsihilərin çətinliklərinin sayı-hesabı yox idi. Məsələn, eramızın təxminən 50-ci ilində Roma imperatoru «Klavdi bütün yəhudilərə Romadan çıxmağı əmr etmişdi». Buna görə də məsihiliyi qəbul edən yəhudilər öz evlərini tərk edib, başqa yerlərdə yaşamağa məcbur qalmışdılar (Həv. 18:1—3). Təxminən eramızın 61-ci ilində həvari Bulus yazmışdı ki, dindaşları camaat qarşısında təhqir olunur, zindana atılır, varları, yoxları talan olunur (İbr. 10:32—34). Üstəlik, digər insanlar kimi, bəzi məsihilər də kasıb idi və xəstəlikdən əziyyət çəkirdi (Rom. 15:26; Filip. 2:25—27).
-
-
Sınaqlar zamanı sevincimizi qoruyaqGözətçi qülləsi—Təlim nəşri 2021 | fevral
-
-
6. Luka 6:22, 23 ayələrinə əsasən, məsihilər sınaqlarla üzləşəndə nəyə görə sevinə bilər?
6 Bəziləri düşünür ki, sağlam olsalar, çoxlu pulları olsa və yaxşı ailə münasibətləri olsa, onda xoşbəxt olarlar. Amma Yaqub Allahın ruhunun bəhrəsinin bir hissəsi olan sevincdən danışırdı. İnsanın bu cür sevincə sahib olması onun vəziyyətindən asılı deyil (Qal. 5:22). Məsihi Yehovanı razı saldığını, İsanın nümunəsini izlədiyini bildiyi üçün sevinc, başqa sözlə dərin xoşbəxtlik hissi duyur. (Luka 6:22, 23 ayələrini oxuyun; Kol. 1:10, 11.) Sevincimizi çırağın alovuna bənzətmək olar. Alov çırağın içində olduğu üçün o, küləyə və yağışa rəğmən, yanmağa davam edir. Eləcə də bizim həyatımızda nə baş verirsə versin, sevincimiz sönmür. Xəstə olmağımız, pulumuzun olmaması sevincimizin alovunu zəiflətmir. Ailə üzvləri və ya başqaları tərəfindən olunan təqiblər də onu söndürmür. Hər dəfə təqiblə üzləşəndə bu sevinc azalmır, daha da alovlanır. Üzləşdiyimiz iman sınaqları göstərir ki, biz Məsihin əsl şagirdləriyik (Mət. 10:22; 24:9; Yəh. 15:20). Elə buna görə də Yaqub yazmışdı: «Qardaşlar, üzləşdiyiniz müxtəlif sınaqları sevinclə qarşılayın» (Yaq. 1:2).
-