DƏRS 13
Yalan dinlər Allahın adına kölgə salır
Allah məhəbbətdir. Belə isə nəyə görə dinlər Allah yolunda bu qədər bəd əməllər törədir? Qısaca desək, çünki bu dinlər yalan dinlərdir. Onlar Allah haqqında yanlış təsəvvür yaradır. Necə? Bəs Allah buna necə yanaşır? O bununla bağlı hansısa tədbir görəcək?
1. Yalan dinlər təlimləri ilə Allahın adına necə kölgə salır?
Yalan dinlər «Allahın həqiqətini yalana» dəyişir (Romalılara 1:25). Məsələn, dinlərin çoxu insanlara Allahın adını öyrətmir. Halbuki Müqəddəs Kitabda deyilir ki, insanlar Allahın adını çəkməlidir (Romalılara 10:13, 14). Dəhşətli bir hadisə baş verəndə bəzi din xadimləri bunu Allahın hökmü kimi qələmə verir. Amma bu, yalandır. Allah heç vaxt pisliyin səbəbkarı ola bilməz. (Yaqub 1:13 ayəsini oxuyun.) Təəssüf ki, dinlərin söylədiyi yalanlar insanları Allahdan uzaqlaşdırır.
2. Yalan dinlər əməlləri ilə Allahın adına necə kölgə salır?
Yalan dinlər insanlarla Yehova kimi rəftar etmir. Müqəddəs Kitabda deyilir ki, onların «günahları qalaqlanıb göyə çatıb» (Vəhy 18:5). Əsrlərdir ki, yalan dinlər siyasətə qarışır, müharibələri dəstəkləyir, saysız-hesabsız insanın ölümünə bais olur və ya qol qoyur. Bəzi din xadimləri təmtəraqlı həyat sürür, bunun pulunu isə öz dinlərinin üzvlərindən çıxarır. Bu davranışları sübut edir ki, onlar Allahı tanımırlar. Ona görə də onların Allahı təmsil etməyə haqqı çatmır. (1 Yəhya 4:8 ayəsini oxuyun.)
3. Allah yalan dinlərə necə yanaşır?
Əgər dinlərin törətdikləri işlər sizi qəzəbləndirirsə, bəs onda Yehovaya necə təsir edir? Yehova insanları sevir, amma Onu yanlış təmsil edən və insanlarla pis rəftar edən din xadimləri Onda qəzəb oyadır. Yehova söz verir ki, yalan dinləri məhv edəcək və bu dinlər «daha heç vaxt tapılmayacaq» (Vəhy 18:21). Tezliklə Allah onların kökünü kəsəcək (Vəhy 18:8).
D Ə R İ N L İ Y Ə V A R I N
Yehovanın yalan dinlərə münasibəti barədə daha çox öyrənin. Görün bu dinlər hansı çirkin əməlləri törədir və nəyə görə bu sizi Yehova haqda öyrənməkdən saxlamamalıdır.
4. Dinlərin hamısı Allahı razı salmır
İnsanların çoxu düşünür ki, bütün dinlər Allaha aparır. Bəs bu, doğrudan da, belədir? Mətta 7:13, 14 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Həyata aparan yol Müqəddəs Kitabda necə təsvir olunur?
VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Müqəddəs Kitaba əsasən, dinlərin hamısı Allahın razılığını qazandırır?
5. Yalan dinlərdə Allahın məhəbbəti görünmür
Dinlər bir çox əməlləri ilə insanlarda Allah haqqında yanlış təsəvvür yaradır. Bunlardan ən betəri dinin müharibələrə qarışmasıdır. Nümunə üçün VİDEOYA baxın və növbəti sualları müzakirə edin:
İkinci Dünya müharibəsində bir çox kilsələr hansı mövqeni tutmuşdu?
Onların tutduğu mövqe barədə siz nə düşünürsünüz?
Yəhya 13:34, 35 və 17:16 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:
Sizcə, dinlərin müharibələrə qarışması Yehovaya necə təsir edir?
Yalan dinlər bir çox mənfur əməllərə görə məsuliyyət daşıyır. Siz nədən görürsünüz ki, dinlər «bir-birinizi sevin» əmrinə uyğun davranmır?
6. Allah insanları yalan dinlərin əsarətindən azad etmək istəyir
Vəhy 18:4 ayəsini oxuyuna və növbəti sualı müzakirə edin:
Allahın insanları yalan dinin əsarətindən azad etmək istəməsi sizdə hansı hissləri oyadır?
7. Allah haqda öyrənməyə davam edin
Yalan dinlərin çirkin əməlləri və təlimləri sizi Allahdan soyutmalıdır? Bir nümunəyə baxaq. Oğul atasının verdiyi öyüd-nəsihətə xor baxıb evdən gedir və çirkin işlərlə məşğul olur. Amma ata oğlunun əməllərindən razı deyil. Dikbaş oğulun sürdüyü həyat tərzinə görə atanı günahlandırmaq nə üçün haqsızlıq olardı?
Yalan dinlərin əməllərinə görə Yehovanı günahlandırmaq və Onun haqqında öyrənməyi dayandırmaq nə dərəcədə düzgün olardı?
BƏZİ İNSANLAR DEYİR: «Din barədə heç nə eşitmək istəmirəm. Çünki bütün dinlərdə riyakarlıq var».
Siz də bu fikirdəsiniz?
Nəyə görə yalan dinlərin əməlləri Yehovaya münasibətimizə təsir etməməlidir?
İCMAL
Yalan dinlər təlimləri və mənfur əməlləri ilə insanlarda Allah haqqında yanlış təsəvvür yaradır. Allah yalan dinləri məhv edəcək.
Təkrar
Yalan dinlərin təlimləri və əməlləri barədə nə düşünürsünüz?
Yehova yalan dinlərə necə yanaşır?
Yalan dinlərin aqibəti necə olacaq?
Ə L A V Ə M Ə L U M A T
Görün əksər dinlər hansı iki səbəbə görə Allaha məqbul deyil.
«Bütün dinlər eynidir? Hamısı Allaha aparır?» (internet məqaləsi)
Nəyə görə Yehova istəyir ki, biz Ona başqaları ilə birgə ibadət edək?
Keşişin aid olduğu dində xoşuna gəlməyən məqamlar var idi. Amma bu onu Allah haqda həqiqəti öyrənməkdən saxlamadı.
«Keşiş kilsəni nəyə görə tərk etdi?» («Oyanın!», fevral 2015)
Əsrlər ərzində dinlərin söylədiyi yalanlar ucbatından bəzi insanlar Allahın zalım, laqeyd olduğunu düşünür. Növbəti jurnalda bu yalanlardan üçü ifşa olunur.
«İnsanları Yaradandan uzaqlaşdıran yalanlar» («Gözətçi qülləsi», 1 noyabr 2013)
a «Vəhy» kitabında yalan dinlər Böyük Babil adlı qadın kimi təsvir olunur. Bunun səbəbini bilmək üçün 1-ci əlavəyə baxın.