Nəğmə 133
Xilas üçün Yehovaya sığın
1. Budur xalqlar qalxdı
Rəbbə asilik etdi.
Fani insan ağalığı
Rəbbin hökmüylə bitdi.
Bax devrildi şahlar,
Sonda xar oldu onlar.
Məsih fatehtək zəfər çalıb,
Haqqı edər bərqərar.
(NƏQARƏT)
Xilas üçün Rəbbə sığın,
Yehovadır güvənc yerin.
Sədaqət göstər,
O olar sipər,
Daim tut haqqın tərəfin.
Saxlar səni pənahında
Vəfalı Rəbbin.
2. Car çəkilir müjdə,
Seçim vardır hər kəsdə.
Sevirsə əgər Allahı,
Eylər iman hər bəndə.
Çox sərt olsa sınaq,
Gərək biz qorxmaz olaq.
Yehova çəkmir nəzərini
Bizə arxa duracaq.
(NƏQARƏT)
Xilas üçün Rəbbə sığın,
Yehovadır güvənc yerin.
Sədaqət göstər,
O olar sipər,
Daim tut haqqın tərəfin.
Saxlar səni pənahında
Vəfalı Rəbbin.
(Həmçinin baxın: 1 İşm. 2:9; Zəb. 2:2, 3, 9; Məs. 2:8; Mət. 6:33.)