Nəğmə 61
Necə insan olmalıyam?
1. Ya Rəbbim Yehova, həyat verənim,
Sənə minnətdardır hər zaman ürəyim.
O saf Kəlamın könlümün güzgüsüdür,
Sənə bənzəmək qəlbimin arzusudur.
Sənə həsr etmişəm bütün ömrümü,
Ona görə yox ki, ödəyim borcumu.
Bütün varlığımla edirəm xidmət,
İstərəm Səndən görüm iltifat.
2. Ya Rəbb, sən yardım et qoy tam dəyişim,
Yeni şəxsiyyətlə rəğbətin qazanım.
Sadiq adama sədaqət göstərirsən,
Olum qəlbinin fərəhi əbədiyyən.
(Həmçinin baxın: Zəb. 18:25; 116:12; 119:37; Məs. 11:20.)