NƏĞMƏ 18
Fidyəyə görə minnətdarlıq
Çap versiyası
1. Yehova, lütf etdin,
gəldik hüzuruna,
Bənzəməz, İlahi,
heç nə Sənin sevginə.
Uğrumuzda fidyə verdin
Öz Oğlunu,
Heç vaxt əvəz etməz
saysız qurbanlar onu.
NƏQARƏT
Məsih canın fəda etdi,
Qanı bizə həyat verdi.
Ey Xudavənd,
Sənə biz minnətdarıq əbədi.
2. O, könüllü
qurban verdi həyatını,
Göstərdi bizə kamil,
tükənməz sevgini.
Günah, ölüm
əsir etmişdi bizləri,
Fəqət fidyə sonsuz
həyat ümidi verdi.
NƏQARƏT
Məsih canın fəda etdi,
Qanı bizə həyat verdi.
Ey Xudavənd,
Sənə biz minnətdarıq əbədi.
(Həmçinin baxın: İbr. 9:13, 14; 1 But. 1:18, 19.)