NƏĞMƏ 73
Bizə cəsarət ver
1. Cəsarətlə car çəkirik
Padşahlıq müjdəsini.
Təqiblər bizi sarsıtmır,
Ucaldırıq ismini.
Biz qorxmarıq insandan,
Tabe olarıq əmrinə,
Sənə əl açırıq, Yehova,
Ruhunu lütf et quluna.
NƏQARƏT
Mübariz, cəsur ürək ver,
Qorxuya üstün gələk.
Dəyanətlə, mətanətlə
Müjdəni bəyan edək.
Möhtəşəm gün astanada,
Qurtuluş günü yaxında.
Mübariz, cəsur ürək ver,
Xidmət edək.
2. Sən bilirsən, biz torpağıq,
Ey uca Xaliqimiz.
Ürəkdə qorxu olsa da,
Sarsılmaz imanımız.
Gör düşmən tənəsini,
Eşit imdad səsimizi.
Şəhadət verək qoy hünərlə,
Yenilməz, cəsur et bizi!
NƏQARƏT
Mübariz, cəsur ürək ver,
Qorxuya üstün gələk.
Dəyanətlə, mətanətlə
Müjdəni bəyan edək.
Möhtəşəm gün astanada,
Qurtuluş günü yaxında.
Mübariz, cəsur ürək ver,
Xidmət edək.
(Həmçinin baxın: 1 Salon. 2:2; İbr. 10:35.)