NƏĞMƏ 125
«Rəhmdillilər xoşbəxtdirlər!»
Çap versiyası
1. Kərimdir Yaradan Allah,
Xalqı üçün gerçək pənah.
Əlin açır, ruzi verir,
O, lütf edərkən zövq alır.
Tövbə edən əmin olar,
Allah rəhmlidir, əfv edər.
Bizi edib xəlq torpaqdan,
Lütfkardır o uca Rəhman.
2. Günah edən saleh bəndə
Barış dilər lütfkar Rəbdən.
Verir o, duaya önəm,
Alıb təlim çün Məsihdən.
Ağa dedi: «Dua eylə,
Yehovadan sən əfv dilə».
Qəlbdə sülh yurd salsın deyə,
Allahtək biz də əfv edək.
3. Savab işlər görən zaman,
Bundan bizlər alırıq kam.
Gözləmirik biz təmənna,
Bizimçün Rəbdir nümunə.
Göydən baxan uca Allah,
Nemət verər qucaq-qucaq.
Xoşbəxtdir o rəhmli insan
Kimə Rəbb deyəcək «Əhsən»!
(Həmçinin baxın: Mət. 6:2—4, 12—14.)