NƏĞMƏ 96
Allahın Kəlamı bir xəzinədir
1. Bax bir kitab var hər bir kəlməsiylə,
Verir ümid, sülh cümlə-bəşərə.
Onda sözlər canlıdır, təsirlidir,
Şəfa və nur verir «kor gözlərə».
Bu misilsiz kitab Rəbbin Sözüdür,
Hər kəlməsi nazil olmuş göydən,
Qullarına Rəbb o vaxt Öz ruhuyla
Məramını açıb, verib ilham.
2. Xilqət haqda gerçək sözlər yazmışlar,
Kainatı Rəbb necə yaratdı.
O vaxt insan kamil yaradılmışdı,
Asi çıxdı, cənnət itirildi.
Üsyan etmiş mələk haqda yazmışlar,
Rəbb taxtına onun göz dikməsi
İnsanlara günah, dərd gətirsə də,
Çalar Yehova haqq qələbəsin.
3. İndi bizlər üçün sevinc çağıdır,
Məsih taxta Padşah kimi çıxıb.
Bu xəbəri sevinclə car çəkirik,
Qoy hər kəsə nemət olsun nəsib.
Doludur bu kitab ləl-cəvahirlə,
O, ziyafət verir həlimlərə.
Rəbdən gələn canlı bir xəzinədir,
Sülh bəxş eylər iman edənlərə.
(Həmçinin baxın: 2 Tim. 3:16; 2 But. 1:21.)