NƏĞMƏ 135
Yehova nəvazişlə çağırır: «Oğlum, hikmətli ol»
Çap versiyası
1. Ey gənc, sən Mənə ver
bütün ürəyini,
Meydan oxuyan düşmənim
görsün səni.
Mənə həsr edirsən
gənclik çağlarını,
Görsün el-aləm
vəfalı qaldığını.
NƏQARƏT
Əziz oğlum, sən hikmətli ol,
Gözəl qızım, Məni şad et.
Xidmət et Mənə öz xoşunla,
Möhkəm olsun qoy bu ülfət.
2. Mənə ömrünü
verdiyin üçün sevin,
Olaram dayaq,
büdrəsə də ayağın.
Səni bu həyat küsdürsə də,
dur möhkəm,
Əmin ol, səni
sevəcəyəm hər zaman.
NƏQARƏT
Əziz oğlum, sən hikmətli ol,
Gözəl qızım, Məni şad et.
Xidmət et Mənə öz xoşunla,
Möhkəm olsun qoy bu ülfət.
(Həmçinin baxın: Qan. 6:5; Vaiz 11:9; Əşy. 41:13.)