NƏĞMƏ 35
Daha vacib şeyləri ayırd edək
1. Bizim üçün hikmət çox gərəkdir,
Sezə bilək doğrunu.
Ayırd edək daha vacib nədir,
Rəhbər tutaq biz onu.
NƏQARƏT
Sev yaxşını, yan qaç pisdən,
Lütf gör Rəbdən,
Hər gün oxu Kəlamı, et dua
Rəbb Allaha,
Budur bizimçün ümdə işlər.
2. Bəyan edək Şahlıq müjdəsin,
Çalışaq olaq biz zirək.
Rəbbdən uzaq düşmüş insanı
Vaxt itirmədən axtaraq.
NƏQARƏT
Sev yaxşını, yan qaç pisdən,
Lütf gör Rəbdən,
Hər gün oxu Kəlamı, et dua
Rəbb Allaha,
Budur bizimçün ümdə işlər.
3. Önəm versək vacib işlərə biz,
Ürək fərəhlə dolar.
Yehova Öz sülhün göndərərək
Qəlbi, fikri qoruyar.
NƏQARƏT
Sev yaxşını, yan qaç pisdən,
Lütf gör Rəbdən,
Hər gün oxu Kəlamı, et dua
Rəbb Allaha,
Budur bizimçün ümdə işlər.
(Həmçinin baxın: Zəb. 97:10; Yəh. 21:15—17; Filip. 4:7.)