NƏĞMƏ 38
Allah səni güclü edəcək
1. Allah-Taala açdı sənə həqiqəti,
Şəfəq saçdı, nurlu yola çıxdın.
Rəbb qəlbində gördü o saf niyyətini —
Saleh işlər görməkdir amalın.
Vəfa andı içdin Allahına,
Sadiq qalır O, əhdi-peymana.
NƏQARƏT
Yehovaya məxsussan,
satın alıb səni.
Qoymaz sarsılmağa,
tutar O, əlini.
Düzgün yol göstərərək
qoruyar canını.
Qoymaz sarsılmağa,
güclü edər səni.
2. Sənin üçün Allah Oğlun etdi fəda,
İstər olasan daim yenilməz.
Unutma ki, Allah qıydısa Oğluna,
Səndən Öz gücünü əsirgəməz!
Yehova unutmaz zəhmətini,
Darda qoymaz sadiq bəndəsini.
NƏQARƏT
Yehovaya məxsussan,
satın alıb səni.
Qoymaz sarsılmağa,
tutar O, əlini.
Düzgün yol göstərərək
qoruyar canını.
Qoymaz sarsılmağa,
güclü edər səni.
(Həmçinin baxın: Rom. 8:32; 14:8, 9; İbr. 6:10; 1 But. 2:9.)