Nəğmə 48
Həmişə Allahla bir addımla
1. Hər gün biz addımlayırıq
Əl-ələ əziz Atamızla.
Bu şərəf məxsusdur yalnız
Onun yolunu tutanlara.
Allahın lütfü hədsizdir
Torpaq olan insana.
Əlindən tuta bilərsən
Həsr etsən özünü Ona.
2. Allahın günü yaxındır,
Bu dövrün sonu gəlib çatır.
Təqiblərlə üzləşirik,
Qorxudub yıxa bilər bizi.
Qayamız isə Allahdır,
Dar gündə olar dayaq.
Biz Ona bel bağlayırıq,
Heç vaxt yolundan azmayaq.
3. Dəstək verir Allahımız
Öz ruhuyla və Kəlamıyla,
Eşitdiyi dualarla;
Qardaşlıq bizə durur arxa.
Bir addımlasaq Allahla,
Haqq işdə yardım edər.
Önündə həlim qalsaq biz,
Mərhəmətini göstərər.
(Həmçinin baxın: Yar. 5:24; 6:9; 1 Pad. 2:3, 4.)