NƏĞMƏ 103
Ağsaqqallar — insan timsalında hədiyyələr
Çap versiyası
1. Öz xalqına verib hədiyyə,
Rəbb ağsaqqal seçib.
Bu qardaşlar örnəkdir bizə,
Həm də bir bələdçi.
NƏQARƏT
Rəbb onlara etibar edir,
Biz də gərək güvənək.
Hər zəhmətə qatlaşır onlar,
Daim hörmət göstərək.
2. Can yandırır çoban quzuya,
Tez dadına yetir.
Xoş sözlə yaralı ürəyə
O təsəlli verir.
NƏQARƏT
Rəbb onlara etibar edir,
Biz də gərək güvənək.
Hər zəhmətə qatlaşır onlar,
Daim hörmət göstərək.
3. Biz sapmayaq deyə ağsaqqal
Hey nəsihət verər.
Sən xidmətdə ol daim fəal,
O köməyin eylər.
NƏQARƏT
Rəbb onlara etibar edir,
Biz də gərək güvənək.
Hər zəhmətə qatlaşır onlar,
Daim hörmət göstərək.
(Həmçinin baxın: Əşy. 32:1, 2; Ərm. 3:15; Yəh. 21:15—17; Həv. 20:28.)