NƏĞMƏ 22
Qoy Padşahlığın gəlsin!
1. Yehova, Ulu Yaradan,
Tək Sənsən Şahənşah.
Verdin Oğluna səltənət,
Seçdin onu padşah.
Göydə qurdun Padşahlığı,
Oldun xalqın pənahgahı.
NƏQARƏT
Qüdrət, şahlıq, xilas
İndi Məsihin əlində.
Şahlıq təsis oldu,
Yalvar: «Qoy gəlsin, qoy gəlsin!»
2. Göydə sevinir mələklər,
Oxur həmdi-şükran.
Şeytan atılıb göylərdən,
Təmizdir asiman.
Göydə qurdun Padşahlığı,
Oldun xalqın pənahgahı.
NƏQARƏT
Qüdrət, şahlıq, xilas
İndi Məsihin əlində.
Şahlıq təsis oldu,
Yalvar: «Qoy gəlsin, qoy gəlsin!»
3. Vaxtı azalıb İblisin,
Tökür yerə hirsin.
Göstər, ey Xuda, gücünü,
Qüssə, kədər bitsin.
Göydə qurdun Padşahlığı,
Oldun xalqın pənahgahı.
NƏQARƏT
Qüdrət, şahlıq, xilas
İndi Məsihin əlində.
Şahlıq təsis oldu,
Yalvar: «Qoy gəlsin, qoy gəlsin!»
(Həmçinin baxın: Dən. 2:34, 35; 2 Kor. 4:18.)