NƏĞMƏ 89
Allahın sözünə əməl edənlər xoşbəxtdir
1. Qulaq asaq Allahın əmrinə biz,
Onun Sözü zülmətdə bir çıraq.
Bu həyatdan məmnunluq biz duyarıq,
Hər kəlməyə tam əməl eyləsək.
NƏQARƏT
Daim qulaq as Rəbbə,
Hay ver Onun sözünə.
O, səadət bəxş eylər ömrünə,
Hay ver Onun sözünə.
2. Qaya üstə qoyulan bir təməltək
Bizi həyat tərzimiz qoruyar.
Əməl etsək Məsihin sözünə biz,
Onda həyat özülü bərk olar.
NƏQARƏT
Daim qulaq as Rəbbə,
Hay ver Onun sözünə.
O, səadət bəxş eylər ömrünə,
Hay ver Onun sözünə.
3. Ağac sular yanında əkilərsə,
Mövsümündə barını o verər.
Qulaq assaq Allaha bir övladtək,
O, əbədi nemətlər bəxş eylər.
NƏQARƏT
Daim qulaq as Rəbbə,
Hay ver Onun sözünə.
O, səadət bəxş eylər ömrünə,
Hay ver Onun sözünə.
(Həmçinin baxın: Qan. 28:2; Zəb. 1:3; Məs. 10:22; Mət. 7:24—27, Luka 6:47—49.)