«Bu, həqiqətən də, Allahın ən müqəddəs və böyük adıdır»
Bu fikri 1430-cu ildə Kuzanlı Nikolay öz təbliğində demişdia. Bu adam bir çox şeylərlə maraqlanırdı, məsələn, yunan və ibrani dilini, fəlsəfəni, ilahiyyatı, riyaziyyatı və astronomiyanı öyrənirdi. Artıq 22 yaşında o, Roma katolik kilsəsinin qanunu üzrə doktorluq dərəcəsini almışdı. 1448-ci ildə isə kardinal təyin edilmişdi.
Təxminən 550 il əvvəl Almaniyanın Bonn şəhərindən 130 kilometr cənubda yerləşən Küsdə, indi Bernkastel-Küs kimi tanınan şəhərdə Kuzanlı Nikolay qocalar evi tikmişdi. Hal-hazırda həmin binada Kuzanlı Nikolayın 300-dən artıq əlyazması saxlanılan kitabxanası yerləşir. Onlardan biri Kuzan kodeksi 220-dir və 1430-cu ildə söylədiyi təbliği də oraya daxildir. «Başlanğıcda Kəlam vardı» («In principio erat verbum») adlanan bu təbliğdə Kuzanlı Nikolay Yehovanın adını latınca İehoua kimi istifadə etmişdib. Onun 56-cı səhifəsində Allahın adına dair növbəti sözlər yazıb: «Bu adı Özünə Allah verib. Bu tetraqrammatondur, yəni dörd hərfdən ibarət olan addır. [...] Bu, həqiqətən də, Allahın ən müqəddəs və böyük adıdır». Kuzanlı Nikolayın sözləri Allahın adının İbranicə Müqəddəs Yazıların orijinal mətnində olduğu ilə üst-üstə düşür (Çıx. 6:3, KM).
15-ci əsrin əvvəllərinə aid edilən bu kodeks qorunub saxlanılan ən qədim sənədlərdən biridir ki, orada tetraqrammaton «İehoua» kimi verilir. Bu yazılı sənəd daha bir sübutdur ki, Allahın adının «Yehova» formasına bənzər bir çox formalar əsrlər boyu istifadə olunmuşdu.
[Haşiyələr]
a Kuzanlı Nikolay həmçinin Nikolaus Krifts (Krebs), Nikolaus Kuzanus və Nikolaus fon Küs kimi də tanınır. Küs onun doğulduğu alman şəhərinin adı idi.
b Bu təbliğ Üç üqnum təlimini dəstəkləyirdi.
[16-cı səhifədəki şəkil]
Kuzanlı Nikolayın kitabxanası