Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • I
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
Azərbaycan nəşrləri (1992-2026)
Çıx
Daxil ol
Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • Bu gün

Bazar, 18 oktyabr

Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun (Mət. 6:9).

Yehovaya olan sevgimiz bizi Onun adını müqəddəs tutmağa təşviq edir. Biz Onun adını Şeytanın mənfur yalanlarından təmizləmək istəyirik (Yar. 3:1—5; Əyy. 2:4; Yəh. 8:44). Təbliğdə insanlara Allahımız haqda və Onun gözəl xüsusiyyətləri barədə danışmaqdan ötrü ürəyimiz alışıb-yanır. İstəyirik ki, hər bir insan bu həqiqətləri bilsin: Yehovanın ən ali xüsusiyyəti məhəbbətdir, O ən yaxşı, ən ədalətli hakimdir, Onun Padşahlığı tezliklə bütün əzab-əziyyətə son qoyacaq, bəşəriyyətə əmin-amanlıq və xoşbəxtlik gətirəcək (Zəb. 37:10, 11, 29; 1 Yəh. 4:8). İnsanlara bu həqiqətləri açıqlayanda Yehovanın adını müqəddəs tutmuş oluruq. Həmçinin sevinirik ki, biz bununla daşıdığımız ada uyğun davranmış oluruq. w24.05 s. 18, abz. 12

Müqəddəs Yazıları hər gün araşdırın 2026

Bazar ertəsi, 19 oktyabr

Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır. Bax, onda xoşbəxt olacaqsan, çünki bu adamların sənə verməyə heç nələri yoxdur. Salehlər diriləndə əvəzini alacaqsan (Luka 14:13, 14).

Qardaşlar, təkcə dostlarınıza deyil, başqa insanlara da yaxşılıq etməklə siz «qonaqpərvər» olduğunuzu göstərirsiniz (1 But. 4:9). Bir mənbədə qonaqpərvər insan belə təsvir olunur: «Onun evinin və ürəyinin qapısı qəriblər üçün açıq olmalıdır». Özünüzdən soruşun: «Bacı-qardaşlar məni yığıncağa yeni gələnləri və qonaqları həmişə salamlayan biri kimi tanıyırlar?» (İbr. 13:2, 16). Qonaqpərvər insan hamıya qarşı əliaçıqdır. Məsələn, o, kasıblara, eləcə də rayon nəzarətçilərinə, qonaq gələn natiqlərə və Rəbbin işində çox çalışan digər qardaşlara yaxşılıq edir (Yar. 18:2—8; Məs. 3:27; Həv. 16:15; Rom. 12:13). w24.11 s. 21, abz. 6

Müqəddəs Yazıları hər gün araşdırın 2026

Çərşənbə axşamı, 20 oktyabr

O qızlar ki hazır idi, bəylə toy məclisinə girdilər (Mət. 25:10).

İsa ağıllı və ağılsız qızlar haqda məsəlində bəyi qarşılamağa çıxan on qızdan danışır (Mət. 25:1—4). Onların hamısı bəylə toy məclisinə girməyə ümid edirdi. İsa qızların beşini «ağıllı», beşini isə «ağılsız» adlandırır. Ağıllı qızlar bəyi, lap lazım gəlsə, gecə yarısına kimi gözləməyə hazır idilər. Buna görə də onlar qaranlıq düşəndə işıq olsun deyə özləri ilə çıraq gətirmişdilər. Bu qızlar bəyin gecikməsini də nəzərə almışdılar. Buna görə də özləri ilə əlavə yağ götürmüşdülər. Beləliklə, çıraqlarının daim yanılı qalması üçün lazım olan hər şeyi etmişdilər (Mət. 25:6—10). Bəy gələndə ağıllı qızlar onunla birlikdə toy məclisinə girdi. Eynilə Məsih gələnə kimi sədaqətini və ayıq-sayıqlığını qoruyan məsh olunmuş məsihilər də Allahın Padşahlığına daxil olub Bəyin yanında olmağa layiq görüləcəklər (Vəhy 7:1—3). w24.09 s. 21, abz. 6

Müqəddəs Yazıları hər gün araşdırın 2026
Xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Məxfilik parametrləri
  • JW.ORG
  • Daxil ol
Paylaş