Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • I
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
Azərbaycan nəşrləri (1992-2026)
Çıx
Daxil ol
Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
Elan
Yeni dillər mövcuddur: Chedungun (Coast), Dominican Sign Language, French (Canada)
  • Bu gün

Bazar, 13 sentyabr

Məgər hikmət ahıllarda deyil? Dərrakə uzun ömürlə gəlmir? (Əyy. 12:12).

Həyatda vacib qərarlar vermək üçün hər birimizin nəsihətə ehtiyacı var və bu nəsihətlərin çoxunu ağsaqqallardan, yetkin məsihilərdən ala bilərik. Əgər onlar bizdən yaşca çox böyükdürlərsə, onların köhnə fikirli olduqlarını düşünüb verdikləri məsləhəti qulaqardına vurmamalıyıq. Yehova istəyir ki, biz böyüklərdən nələrsə öyrənək. Onlar yaşca bizdən böyük olduqlarına görə həyatda təcrübə, dərrakə, hikmət qazanmaq üçün daha çox imkanları olub. Müqəddəs Kitabın yazıldığı dövrdə Yehova yaşa dolmuş mömin insanlar vasitəsilə xalqını ruhlandırırdı və onlara yol göstərirdi. Bu mömin insanların sırasında Musa peyğəmbər, Davud padşah və həvari Yəhya da var idi. Onlar fərqli dövrlərdə, fərqli mühitlərdə yaşamışdılar. Həyatlarının sonlarına yaxın bu mömin kişilər gənclərə müdrik məsləhətlər vermişdi. Onların hamısı Allaha itaət etməyin dəyərini vurğulamışdı. Gənc və ya yaşlı olmağımızdan asılı olmayaraq bu məsləhətlərə nəzər yetirmək hər birimizə fayda gətirə bilər (Rom. 15:4; 2 Tim. 3:16). w24.11 s. 8, abz. 1, 2

Müqəddəs Yazıları hər gün araşdırın 2026

Bazar ertəsi, 14 sentyabr

Əgər insan Oğlunun bədənini yeməsəniz, qanını içməsəniz, həyata qovuşmayacaqsınız (Yəh. 6:53).

Nuh peyğəmbərin dövründə Yehova insanlara qanı yeməyi qadağan etmişdi (Yar. 9:3, 4). O, israillilərə Qanun verəndə də bu qadağanı təkrarlamışdı. Qan yeyən adam «öldürülməli» idi (Lav. 7:27, haşiyə). İsa bu Qanuna əməl etməyi öyrədirdi (Mət. 5:17—19). Buna görə də ola bilməz ki, o, yəhudiləri onun bədənini və qanını hərfi mənada yeməyə təşviq etsin. İsa bu sözləri məcazi mənada demişdi. Səməriyyəli qadınla danışanda da belə bir məcazdan istifadə etmişdi. Ona demişdi ki, verəcəyi su «əbədi həyat verən bir çeşmə olacaq» (Yəh. 4:7, 14). İsa səməriyyəli qadının sadəcə hansısa sudan içib əbədi yaşayacağını nəzərdə tutmurdu. Eynilə Kəfərnahumdakı insanlara hərfi mənada onun bədənini yeyib qanını içsələr, əbədi yaşayacaqlarını demirdi. w24.12 s. 9, abz. 4—6

Müqəddəs Yazıları hər gün araşdırın 2026

Çərşənbə axşamı, 15 sentyabr

Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin. Bu yolla siz ağılla ibadət etmiş olacaqsınız (Rom. 12:1).

Məsihi ərlər bu dünyanın qadınlara yanlış münasibətini mənimsəməmək üçün ehtiyatlı olmalıdırlar. Nəyə görə? Çünki insanın düşüncəsi onun davranışına təsir edir. Həvari Bulus Romadakı məsh olunmuş məsihiləri bu zəmanəyə uyğunlaşmamağa səsləyirdi (Rom. 12:1, 2). O, romalılara məktubunu yazanda həmin yığıncaq artıq neçə vaxt idi ki, mövcud idi. Bulusun bu sözləri deməsi göstərir ki, bəziləri hələ də bu dünyanın düşüncəsinin, adət-ənənələrinin təsiri altında idi. Elə buna görə də Bulus onları düşüncə və davranışlarını dəyişməyə təşviq edirdi. Eyni məsləhət bu gün məsihi ərlərə də aiddir. Əfsuslar olsun ki, bu dünyanın düşüncə tərzi bəzi məsihi ərlərə də təsir edib, hətta onlar arvadlarına qarşı şiddətə əl atıblar. w25.01 s. 9, abz. 4

Müqəddəs Yazıları hər gün araşdırın 2026
Xoş gördük!
Yehovanın Şahidlərinin müxtəlif dillərdə dərc etdikləri nəşrlər üzrə axtarış sistemi.
Nəşrləri yükləmək üçün jw.org saytına daxil olun.
  • Azərbaycan
  • Paylaş
  • Parametrlər
  • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • İstifadə şərtləri
  • Məxfilik qaydaları
  • Məxfilik parametrləri
  • JW.ORG
  • Daxil ol
Paylaş