İkinci Padşahlar
11 Əhəzyanın anası Ətəlya+ oğlunun öldüyünü+ görəndə qalxıb bütün şah nəslini qırdı.+ 2 Ancaq Yəhuram padşahın qızı, Əhəzyanın bacısı Yəhusəba ölüm hökmü verilmiş şahzadələrin içindən Əhəzyanın oğlu Yuəsi+ xəlvətcə qaçırtdı və onu dayəsi ilə birgə içəridəki yataq otağında saxladı. Yuəsi Ətəlyadan gizlətdilər və o sağ qaldı. 3 O, altı il dayəsinin yanında Yehovanın məbədində gizləndi. Bütün bu vaxt ərzində Ətəlya ölkədə hökmranlıq edirdi.
4 Yeddinci ildə Yəhyaday karyalı mühafizəçilərin və saray keşikçilərinin yüzbaşılarını+ çağırtdırıb onları Yehovanın evində öz yanına topladı. Yehovanın evində onlarla saziş bağlayıb onlara and içdirdi. Sonra şahzadəni onlara göstərib+ 5 tapşırıq verdi: «Belə edəcəksiniz: üçdə biriniz şənbə günü növbətçi olub sarayı qoruyacaq,+ 6 üçdə biriniz Təməl darvazasının yanında olacaq, üçdə biriniz də saray keşikçilərinin arxasındakı darvazada duracaq. Növbə ilə sarayın keşiyini çəkəcəksiniz. 7 Şənbə günü növbədə olmayan iki bölüyünüz padşahı qorumaq üçün Yehovanın evinin keşiyini çəkəcək. 8 Hər kəs əlində silah padşahı əhatəyə alsın. Səflərinizə girən öldürülsün. Padşah hara getsə, onun yanında olun».
9 Yüzbaşılar+ hər şeyi kahin Yəhyadayın dediyi kimi etdilər. Hər biri şənbə günü növbədə olan və növbədə olmayan adamlarını götürdü və kahin Yəhyadayın yanına gəldi.+ 10 Kahin yüzbaşılara Davud padşahın Yehovanın evindəki nizələrini və dəyirmi qalxanlarını payladı. 11 Saray keşikçiləri+ əllərində silah sarayın sağ tərəfindən sol tərəfinə qədər hər yanda, qurbangahın+ yanında, məbədin yanında, padşahın dövrəsində öz yerlərini tutdular. 12 Yəhyaday şahzadəni+ bayıra çıxardı, tacı və Şəhadəti*+ onun başına qoydu. Onu padşahlığa məsh etdilər. Əl çalıb: «Yaşasın padşah!» — dedilər.+
13 Ətəlya qaçan adamların ayaq səsini eşidəndə dərhal Yehovanın evindəki camaatın yanına gəldi.+ 14 Gördü ki, adətə uyğun olaraq, padşah sütunun yanında durub,+ başçılar və kərənayçılar+ padşahın yanındadır. Ölkənin bütün xalqı sevinib kərənay çalırdı. Onda Ətəlya yaxasını cırıb çığırdı: «Xəyanət! Xəyanət!» 15 Kahin Yəhyaday qoşuna başçılıq edən yüzbaşılara+ əmr etdi: «Onu səflərin arasından çıxarın. Kim onun dalınca getsə, qılıncdan keçirin!» Çünki kahin demişdi: «Onu Yehovanın evində öldürməyin». 16 Ətəlyanı tutdular və atların saraya+ girdiyi yerə gətirib öldürdülər.
17 Yəhyaday Yehova ilə padşah və xalq arasında əhd kəsdi+ ki, onlar bundan sonra da Yehovanın xalqı olsunlar. O həmçinin padşahla xalq arasında da əhd bağladı.+ 18 Bundan sonra bütün ölkə camaatı Baal bütxanasına getdi. Onun qurbangahlarını dağıtdılar,+ bütlərini parça-parça etdilər+ və Baal kahini Mattanı qurbangahların qarşısında öldürdülər.+
Kahin Yehovanın evinə nəzarətçilər təyin etdi.+ 19 Yehovanın evindən çıxan padşahı müşayiət etmək üçün kahin yüzbaşıları+, karyalı mühafizəçiləri, saray keşikçilərini+ və bütün ölkə camaatını topladı. Onlar saray keşikçilərinin darvazası yolu ilə saraya gəldilər. Yuəs padşah taxtına oturdu.+ 20 Ölkənin bütün xalqı sevinib-şadlanırdı. Şəhərdə dinclik bərqərar oldu, çünki Ətəlyanı sarayda qılıncdan keçirib öldürmüşdülər.