İkinci Salnamələr
4 Sonra Süleyman 20 qulac uzunluğunda, 20 qulac enində və 10 qulac hündürlüyündə mis qurbangah düzəltdi.+
2 O, dairəvi tökmə çən düzəltdi.+ Onun hündürlüyü 5 qulac, çevrəsi ölçü ipi ilə 30 qulac idi. Bir qırağından o biri qırağına qədər məsafə 10 qulac idi.+ 3 Aşağıda, hər qulacda on dənə olmaqla, iki sıra dövrələmə balqabaq naxışları+ var idi. Onlar çənlə bir tökülmüşdü. 4 Çən 12 buğanın+ üstündə dururdu. Buğalardan üçünün üzü şimala, üçününkü qərbə, üçününkü cənuba, üçününkü şərqə baxırdı. Çən onların üstündə idi. Onların sağrısı mərkəzə doğru idi. 5 Çənin qalınlığı dörd barmaq* idi, ağzı kasa ağzı kimi düzəldilmişdi və zanbaqvarı idi. Çən 3000 bat* su tuturdu.
6 Sonra o, 10 teşt düzəldib, beşini sağa, beşini sola qoydu.+ Teştlərdəki su ilə yandırma qurbanları+ üçün işlədilən şeyləri yuyurdular. Çəndəki su ilə isə kahinlər əl-ayağını yuyurdu.+
7 O, müəyyən edildiyi kimi+ 10 qızıl çıraqdan düzəldib,+ beşini sağ tərəfə, beşini sol tərəfə qoydu.+
8 Həmçinin 10 masa düzəldib onları məbədə — beşini sağ tərəfə, beşini sol tərəfə qoydu.+ Sonra 100 qızıl kasa düzəltdi.
9 Kahinlər həyətini,+ böyük həyəti+ və onların qapılarını düzəltdi. Qapıların üstünü mislə örtdü. 10 Çəni sağ tərəfdə, cənub-şərq tərəfdə qoydu.+
11 Hiram həmçinin kül qabları, kürəklər və ləyənlər düzəltdi.+
Beləcə, o, Allahın evi ilə bağlı Süleyman padşahın tapşırdığı işləri görüb qurtardı. O, bunları düzəltdi:+ 12 2 sütun,+ sütunların üstündə 2 kasavarı başlıq, sütunların üstündəki iki kasavarı başlığı örtmək üçün 2 tor,+ 13 sütunların üstündəki iki kasavarı başlığı örtən torlar üçün, hər tora iki sıra olmaqla, 400 nar,+ 14 10 araba və arabaların üstü üçün 10 teşt,+ 15 çən və onun altı üçün 12 buğa,+ 16 kül qabları, kürəklər, yabalar+ və başqa əşyalar. Hiramabib+ Yehovanın evi üçün bütün bu şeyləri Süleyman padşahın əmri ilə pardaqlanmış misdən düzəltdi. 17 Padşah onları İordan bölgəsində, Suqqutla+ Zərda arasında gil qəliblərə tökdü. 18 Süleyman bütün bu şeylərdən çoxlu sayda düzəltdi. Misin çəkisi hesaba alınmadı.+
19 Süleyman Allahın evi üçün bütün əşyaları,+ qızıl qurbangah,+ hüzur çörəyi qoyulan masalar,+ 20 qaydaya görə, iç otağın qabağında yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları,+ 21 ən saf qızıldan qönçələr, çıraqlar və maşalar, 22 xalis qızıldan fitil maqqaşları, ləyənlər, camlar, xəkəndazlar, həmçinin qızıldan məbədin girişlərini, Ən müqəddəs yerin içəri qapılarını+ və məbədin qapılarını düzəltdi.+