Əyyub
33 İndi isə, Əyyub, məni dinlə,
Sözlərimə qulaq as.
2 Ağzımı açacağam,
Dilim danışacaq.
3 Sözlərim ürəyimin düzlüyündən xəbər verir,+
Dilim bildiklərimi düz danışacaq.
5 Bacarırsansa, mənə cavab ver,
Dəlillərini gətir, çıx qarşıma.
6 Bax, Allahın önündə mən də, sən də eyniyik,
Mən də gildən düzəldilmişəm.+
7 Buna görə məndən qorxma,
Sözlərim ağır olub səni əzməsin.
8 Ancaq dediklərin qulağımdadır,
Sözlərini indi də eşidirəm.
10 Lakin Allah mənə qarşı bəhanə axtarır,
Məni Özünə düşmən sanır.+
11 Ayaqlarıma buxov vurursan,
Bütün yollarımı araşdırırsan”.+
12 Bu yerdə sən haqsızsan, budur sənə cavabım:
Allah fani insandan qat-qat üstündür!+
13 Niyə Ondan şikayətlənirsən?+
Sənin heç bir sözünə cavab vermədiyi üçün?+
14 Heç kim məhəl qoymasa da,
Allah bir kərə deyir, iki kərə deyir
15 Gecə yuxuda, röyada,+
İnsan dərin yuxuya gedəndə,
Yatağında uyuyanda.
16 O vaxt onun qulağını açır,+
Ona nəsihətini aşılayır ki,
17 İnsanı pis əməldən döndərsin,+
Təkəbbürdən uzaq saxlasın.+
19 Həm də yatağında çəkdiyi ağrılar,
Sümüklərində kəsilməyən sızıltılar insana nəsə öyrədir.
20 Bütün varlığı ilə çörəkdən ikrah edir,
Ləziz təamı belə, rədd edir.+
21 Əti əriyib yox olur,
Sümükləri üzə çıxır.
22 Canı qəbrə,
Həyatı ölüm gətirənlərə yaxınlaşır.
23 Bir qasid*,
Mininin içindən bir havadar
İnsana əməlisalehliyi öyrədərsə,
24 Allah ona lütf göstərib deyər:
“Onu qəbirdən qurtar!+
Mən fidyə tapmışam!+
26 O yalvarar,+ Allah onu qəbul edər.
O, sevinc hayqırtısı ilə Allahın camalına baxar,
Allah da fani insanı yenidən Öz doğruluğuna qovuşdurar.
28 O, canımı qurtardı, qəbrə düşməyə qoymadı,+
Həyat nuru görəcəyəm”.
29 Bəli, Allah bütün bunları
İnsan üçün iki dəfə, üç dəfə edir ki,
30 Onu qəbirdən qaytarsın,
Həyat nuru ilə işıqlandırsın.+
31 Diqqət ver, Əyyub, bir qulaq as!
Sükut eylə, qoy sözümə davam edim.
32 Gəl ki deməyə sözün varsa, de mənə.
Danış, səni haqlı çıxarmaq istəyirəm.
33 Amma sözün yoxdursa, məni dinlə,
Sükut eylə, qoy sənə hikmət aşılayım».