Zəbur
Davudun məzmuru. Şəhərə qalxarkən*.
122 Mənə: «Yehovanın evinə gedək», — deyəndə
Sevincim aşıb-daşdı.+
2 İndi isə, ey Yerusəlim,
Ayaqlarımız darvazanın kandarında durur.+
4 İsrailə verilmiş qaydaya görə,
Yehovanın adına həmd etmək üçün
İsrail qəbilələri,
Yahın qəbilələri ora qalxır.+
6 Ey insanlar, Yerusəlimə əmin-amanlıq diləyin.+
Ey şəhər, səni sevənlər dinc yaşayacaq.
7 Qoy divarlarının arxasında həmişə sülh olsun,
Qala bürclərinin içində dinclik olsun.
8 Qardaşlarımdan, dostlarımdan ötrü deyirəm:
«Qoy səndə əmin-amanlıq olsun!»
9 Yehova Allahımızın evindən ötrü+
Sənə firavanlıq diləyirəm.