Zəbur
Davudun məzmuru.
2 Qoy Sənin önündə duam hazırlanmış buxur kimi,+
Göyə açılmış əllərim axşamın taxıl təqdiməsi kimi olsun.+
3 Ey Yehova, dilimə nəzarətçi,
Dodaqlarımın qapısına gözətçi qoy.+
4 Qoyma qəlbim pisliyə meyil etsin,+
Bədəməl adamların mənfur işlərinə şərik olsun,
Qoyma onların ləziz təamlarından dadım.
5 Saleh adam məni vursa, istədiyindəndir,+
Məni tənbeh etsə, sanki, başıma yağ çəkər,+
Bunu əsla rədd etmərəm.+
Başına bəla gəlsə də, duamda onu xatırlaram.
6 Xalqın hakimlərini qayalardan aşağı atırlar,
Məni isə xalq dinləyəcək, çünki sözlərim xoşdur.
7 Yer şumlanarkən torpaq səpələndiyi kimi,
Sümüklərimiz Məzarın* içinə səpələndi.
9 Məni bədəməl adamların tələsindən,
Mənə qurulmuş tələnin ağzından qoru.
10 Pislərin hamısı öz torlarına düşəcək,+
Mən isə sağ-salamat keçib-gedəcəyəm.