Zəbur
İKİNCİ BÖLMƏ
(42—72-ci məzmurlar)
Dirijora. Qarun oğulları+ üçün Maskil*.
42 Maral axar sulara həsrət qaldığı kimi,
Könlüm Sənin həsrətindədir, Pərvərdigara.
2 Qəlbim Allahın, var olan Allahın həsrətindədir.+
Nə vaxt gedib Allahın hüzurunda duracağam, bilmirəm.+
4 Ötən günləri xatırladıqca ürəyim sızıldayır.
Vaxt var idi izdihamla bir addımlayırdım,
Bayram edən camaatın
Sevinc, şükran səsləri ucalarkən
Onların önündə Allahın evinə gedirdim.+
5 Niyə qırılmısan, ey könlüm?+
Niyə köksümdə çırpınırsan?
6 Ey Allahım, köksümdə qəlbim qırılıb.+
7 Şəlalələrinin səsini eşidib
Ümman ümmanı səsləyir.
Dalğalanan suların aşıb üstümdən keçir.+
8 Gündüzlər Yehova məhəbbətini göstərər,
Nəğməsi dilimdən düşməz gecələr,
Həyatımın Allahına+ o dualar.
9 Allahıma, yalçın qayama deyərəm:
«Niyə məni unutmusan?+
Niyə düşmənlərimin zülmünə görə qəmli gəzim?»+
11 Niyə qırılmısan, ey könlüm?
Niyə köksümdə çırpınırsan?