Zəbur
Dirijora. Qarun oğullarının məzmuru.+
49 Qulaq asın, ey xalqlar,
Dinləyin, ey dünya əhli,
2 Ey kiçiklər, ey böyüklər,
Ey varlılar, ey kasıblar.
3 Ağzımı hikmətlə açacağam,
Ürəyimdən dərin düşüncələr çıxacaq.+
4 Məsələ qulaq asacağam,
Tapmacanı çəngin müşayiətilə açacağam.
5 Ayağımdan dartanların pisliyi ətrafımı bürüyəndə,
Ağır günlər gələndə nədən qorxmalıyam ki?+
6 Malına, mülkünə güvənənlərin,+
Var-dövləti ilə öyünənlərin+
7 Heç biri qardaşını qurtara bilməz,
Onun üçün Allaha fidyə verə bilməz.+
8 (İnsan həyatının fidyəsi elə bahadır ki,
Heç vaxt ona əli çatmaz.)
9 Belə ki, o, əbədi yaşasın, qəbirə getməsin.+
11 Ürəkdə arzulayırlar ki, evləri durduqca dursun,
Yurd-yuvaları nəsildən-nəslə qalsın.
Mülklərinə öz adlarını veriblər.
13 Ağılsız adamların aqibəti belədir,+
Boş sözlərindən xoşhallanıb dallarınca düşənlərin də. (Selah)
14 Onlar Məzara* sürüləcək qoyun kimidir,
Ölüm onları otaracaq,
Sabah açılanda əməlisalehlər onlara ağalıq edəcək,+
Onlardan əsər-əlamət qalmayacaq,+
16 Kimsə varlananda,
Evinin cah-calalı artanda qorxma.
18 Ömrü boyu öz-özünü tərifləyir.+
(Uğurlu olanda hamı səni tərifləyər.)+
19 Nəhayətdə əcdadlarına qovuşar.
Bir daha işıq üzü görməyəcək onlar.
20 Bunu dərk etməyən insan nə qədər adlı-sanlı olsa da,+
Ölüb yox olan heyvana bənzər sonu.