Zəbur
Dirijora. Davudun məzmuru. Öyüd üçün.
70 Aman Allahım, qurtar məni,
Ey Yehova, tez gəl, dadıma yetiş!+
2 Qoy canımın qəsdinə duranlar
Rüsvay olsun, rəzil olsun.
Qoy fəlakətimə sevinənlər
Biabır olub geri çəkilsin.
3 «Oxay, əcəb oldu!» — deyənlər
Xəcalətdən geri dönsün.
4 Qoy Səni axtaranlar
Səndə sevinc tapsın, fərəhlənsin.+
Səndən nicat gözləyənlər durmadan:
«Qoy Allah ucalsın!» — desin.
Nə olar, ləngimə, ey Yehova.+