Zəbur
Asəfin məzmuru.+
79 Ey Allah, xalqlar Sənin mülkünə təcavüz etdi,+
Müqəddəs məbədini murdar etdilər,+
Yerusəlimi xarabalığa çevirdilər.+
2 Qullarının cəsədini quşlara yem etdilər,
Sadiq bəndələrinin ətini heyvanlara verdilər.+
3 Yerusəlimin yan-yörəsində qanlarını su kimi axıtdılar,
Cəsədləri basdırmağa bir adam qalmayıb.+
4 Qonşularımız bizə rişxənd edir,+
Bütün ər-ətraf bizi lağa qoyur, ələ salır.
5 Yehova, nə vaxtadək hirsli qalacaqsan? Əbədilikmi?+
Nə vaxtadək hiddətin od tutub yanacaq?+
6 Qəzəbini Səni tanımayan xalqların,
Adını çağırmayan səltənətlərin üzərinə yağdır.+
7 Çünki Yaqub nəslinin axırına çıxdılar,
Onun yurdunu viranə qoydular.+
8 Nə olar, ata-babalarımızın günahına görə bizi cəzalandırma.+
Tələs, bizə rəhm et,+
Lap zəlil olmuşuq.
Adın naminə bizi qurtar, günahlarımızı əfv et.+
10 Nəyə görə xalqlar: «Hanı onların Allahı?» — desin?+
Qoy gözümüz görə-görə bütün xalqlara məlum olsun ki,
Qullarının axıdılmış qanı yerdə qalmayıb.+