Zəbur
93 Yehova padşah oldu!+
Əzəməti geyindi,
Yehova qüdrətə büründü,
Onu qurşaq kimi taxdı.
Yer möhkəm qurulub,
Əsla sarsılmaz.
3 Çaylar kükrədi, ey Yehova,
Çaylar kükrəyib uğuldadı.
Çaylar kükrəyib gur-gur axır.
4 Ucalarda olan əzəmətli Yehova,
Əngin suların uğultusundan möhtəşəm,+
Dənizlərin nəhəng dalğalarından güclüdür.+
5 Öyüdlərin etibarlıdır.+
Müqəddəslik daim Sənin evini bəzəyir,+ ey Yehova.