Zəbur
95 Gəlin Yehovaya sevinc sədaları yüksəldək!
Qurtuluş qayamızı zəfər nidaları ilə mədh edək!+
2 Onun hüzuruna şükranlarla gələk,+
Ona nəğmə oxuyaq, zəfər sədaları ucaldaq!
3 Çünki Yehova əzəmətli Allahdır,
Bütün allahlar üzərində uca hökmdardır.+
4 Yerin dərin qatları Onun əlindədir,
Dağların zirvələri Onundur.+
6 Gəlin Ona ibadət edək, qarşısında baş əyək,
Xaliqimiz Yehovanın önündə diz çökək.+
Bu gün Ona qulaq asın:+
8 Ürəyinizi inadkar etməyin,
Səhrada, Masahda olduğu kimi, Məribada olduğu kimi.+
10 Qırx il bu nəsilə nifrət etdim və dedim:
«Bu xalqın ürəyi elə hey azır,
Yollarımı tanımırlar».
11 Buna görə qəzəblənib and içdim:
«Onlar istirahətimə qovuşmayacaqlar».+