Məsəllər
2 Yehova yaxşı adamdan razı qalar,
Fitnəkarı isə məhkum edər.+
3 İnsan şərlə bərqərar olmaz,+
Salehin isə kökü qoparılmaz.
5 Salehin düşüncələri haqdır,
Şərin məsləhəti isə məkrlidir.
7 Pislər devriləndə yox olar,
Salehlərin evi isə möhkəm durar.+
9 Qul sahibi olan adsız-sansız adam
Yeməyə çörək tapmayan lovğadan yaxşıdır.+
10 Saleh adam heyvanlarının da qayğısına qalar,+
Şər adamın mərhəmətində belə, zalımlıq var.
12 Pis pisin şikarına qibtə edər,
Salehin kökü isə bəhrə verər.
13 Şər adamı zəhərli dili tora salar,+
Saleh isə dardan qurtular.
14 Dili xeyir danışan xeyir tapar,+
O, zəhmətinin mükafatını alar.
16 Səfeh hirsini dərhal büruzə verər,+
Uzaqgörən isə təhqirin üstündən keçər.
17 Doğru şahid həqiqəti söylər,
Yalançı şahid isə yalan danışar.
20 Fitnə quranın ürəyində məkr var,
Sülhpərvərin isə ürəyi şad olar.+
22 Yehova yalan danışan dildən ikrah edir,+
Haqq iş sahibi isə Onun ürəyincədir.
26 Saleh adam otlaqlarını yoxlayar,
Amma şərin yolu onu azdırar.
27 Tənbəl ovunu izləməz,+
Çalışqanlıq isə böyük sərvətdir.
28 Salehlik yolu həyata aparır,+
Bu yolda ölüm yoxdur.