Əşiya
Barlı-bəhərli yamacda sevgilimin üzüm bağı var idi.
2 O, torpağı belləyib daşlardan təmizlədi.
Ümid edirdi ki, meynə yaxşı üzüm verəcək,
Amma meynə cır üzüm verdi.+
3 «Ey Yerusəlim sakinləri, ey Yəhuda əhli,
Mənimlə üzümlüyüm arasında hakim olun.+
4 Üzümlüyüm üçün eləmədiyim şey qalmadı,+
Başqa nə edim?
Bəs niyə yaxşı üzüm gözlədiyim yerdə
Mənə cır üzüm verdi?
5 İndi gəlin sizə deyim
Bağımla nə edəcəyəm:
Onun çəpərini sökəcəyəm,
O yanıb kül olacaq.+
Hasarını yıxacağam,
Tapdaq altında qalacaq.
6 Onu viranəliyə çevirəcəyəm.+ O budanmayacaq, toxalanmayacaq.
Onu kol-kos, alaq basacaq.+
Buludlara əmr edəcəyəm, Ora yağış tökməyəcək.+
7 Ordular Allahı Yehovanın üzüm bağı İsrail evidir,+
Mehr saldığı meynəlik Yəhuda xalqıdır.
Bir qarış da yer qalmayıb,
Bu torpaqda sizdən başqa kimsə yaşamır.
9 Ordular Allahı Yehovanın andını eşitdim:
10 On sahə* üzüm bağı cəmi bir bat* üzüm verəcək.
Bir homer* toxum cəmi bir efa* məhsul verəcək.+
11 Səhərin gözü açılmamış içki dalınca düşənlərin,+
Gecəyədək şərab içib qızışanların vay halına!
12 Məclislərində çəng, telli alət,
Qaval və ney çalınır, şərab paylanır.
Lakin Yehovanın işlərinə fikir vermirlər,
Əllərinin işini görmürlər.
13 Xalqım Məni tanımadığına görə+
Sürgün ediləcək,
Adlı-sanlı adamları aclıq çəkəcək,+
Camaat susuzluqdan yanacaq.
Şəhərin şan-şərafəti*, səs-küylü əhalisi, kef məclisləri
Oraya enəcək.
15 Bəni-adəm yerə döşənəcək,
Bəni-insan diz çökəcək,
Məğrur gözlər yerə dikiləcək.
16 Ordular Allahı Yehova haqq-ədalətilə ucalacaq,
Allah, müqəddəs Olan+ ədaləti+ ilə müqəddəsliyini ucaldacaq.
17 Onların otlaqlarında quzular otlayacaq,
Bir vaxtlar kök heyvanların məskəni olan viranəlikdə yadellilər yeyib-içəcək.
18 Cinayətini yalan ipləri ilə dartanların,
Günahını arabatək çəkənlərin vay halına!
19 Onlar deyirlər: «Qoy tələssin,
İşini sürətləndirsin, biz də görək.
Qoy İsrailin Müqəddəsinin niyyəti gerçəkləşsin,
Biz də bilək!»+
20 Pisə yaxşı, yaxşıya pis deyənlərin,+
Zülmətə nur, nura zülmət deyənlərin,
Acıya şirin, şirinə acı deyənlərin vay halına!
21 Öz gözündə hikmətli olanların,
Öz gözündə ağıllı olanların vay halına!+
22 Şərab içməkdə pərgar olanların,
İçkini içkiyə qatmaqda usta olanların vay halına!+
24 Buna görə alov quru otu,
Alov dilləri samanı udduğu kimi,
Onların da kökü eləcə çürüyəcək.
Çiçəkləri toz kimi havaya sovrulacaq.
Çünki ordular Allahı Yehovanın qanununu* rədd etdilər,
İsrailin Müqəddəsinin sözünə hörmətsizlik etdilər.+
25 Buna görə Yehova xalqına bərk qəzəblidir,
Əlini qaldırıb onu vuracaq.+
Dağlar tir-tir titrəyəcək,
Cəsədlər zibil kimi küçənin ortasında qalacaq.+
Yenə də Onun qəzəbi soyumur,
Yenə də əlini aşağı salmır.
Budur! Onlar qaça-qaça gəlir.+
27 Onlar yorğun deyil, ayaqları dolaşmır,
Heç biri mürgüləmir, yatmır.
Bellərində kəmərləri boşalmayıb,
Səndəllərinin bağı qırılmayıb.
28 Bütün oxları itidir,
Bütün yayları dartılıb.
Atlarının dırnaqları çaxmaqdaşı kimi,
Arabalarının təkərləri yel kimidir.+
29 Onların nərəsi aslan nərəsinə,
Gənc aslanın nərəsinə bənzəyir.+
Nərə çəkib şikarını qapacaq,
Sürüyüb aparacaq, kimsə əlindən almayacaq.
30 O gün onlar şikarın üstündə dəniz kimi nərildəyəcəklər.+
Bu məmləkətə baxan müdhiş zülmət görəcək.
Buludlar işığı qaranlığa döndərəcək.+