Əşiya
62 Doğruluğu şəfəqtək parlamayınca,+
Nicatı məşəltək yanmayınca,+
Mən Sion naminə susmayacağam,+
Yerusəlim naminə sakit durmayacağam.
Səni yeni adla,
Yehovanın dilindən çıxan adla çağıracaqlar.+
3 Sən Yehovanın əlində gözəllik tacı,
Allahının ovcunda padşah çalması olacaqsan.
Əksinə, sənə “fərəhim”,+
Ölkənə “ərli qadın” deyiləcək.
Çünki sən Yehovanın fərəhi olacaqsan,
Ölkən ərli qadın kimi olacaq.
5 Cavan oğlan bakirə qızla evləndiyi kimi,
Oğulların da səninlə nikah quracaq.
Təzəbəy gəlinə baxıb sevindiyi kimi,
Sənin Allahın da sənə baxıb sevinəcək.+
6 Ey Yerusəlim, divarlarının üstünə gözətçi qoymuşam.
Qoy onlar gecə-gündüz susmasın.
Ey Yehovaya həmd edənlər,
Durmayın!
7 O, Yerusəlimi bərqərar etməyincə,
Onu dünyanın şanı etməyincə Ondan əl çəkməyin».+
8 Yehova sağ əlini, qüdrətli qolunu qaldırıb and içdi:
«Daha sənin taxılını düşmənlərə verməyəcəyəm,
Zəhmətlə çəkdiyin şərabı yadlar içməyəcək.+
9 Taxılı yığan yeyəcək, Yehovaya şükür edəcək;
Şərab çəkən şərabı müqəddəs həyətimdə içəcək».+
10 Keçin darvazalardan, keçin!
Xalq üçün yolu təmizləyin,+
Düzəldin baş yolu, düzəldin!
Daşlardan təmizləyin.+
Xalqlar üçün nişan qoyun.+
11 Bax! Yehova dünyanın nəhayətlərinə bəyan etdi:
«Sion qızına deyin,
“Budur, nicatın gəlir.+
Budur, Onun verəcəyi mükafat yanındadır,
Ödəyəcəyi muzd önündədir”».+