Lavililər
9 Səkkizinci gün+ Musa Harunla oğullarını və İsrail xalqının ağsaqqallarını bir yerə toplayıb 2 Haruna dedi: «Özün üçün günah qurbanı kimi sağlam bir dana+ və yandırma qurbanı kimi sağlam bir qoç götürüb Yehovanın önünə gətir. 3 İsrail oğullarına isə belə söylə: “Günah qurbanı üçün bir təkə, yandırma qurbanı üçün isə ikisi də birillik olan bir dana və bir erkək toğlu götürün. 4 Yehovanın önündə ünsiyyət qurbanı+ kimi kəsmək üçün bir buğa, bir qoç, bir də yağla yoğrulmuş taxıl təqdiməsi+ götürün. Çünki bu gün Yehova sizə görünəcək”».+
5 Onlar Musanın dediyi hər şeyi Hüzur çadırının qarşısına gətirdilər. Sonra bütün icma gəlib Yehovanın hüzurunda durdu. 6 Musa dedi: «Yehovanın buyurduğu bu şeyi edin ki, Yehovanın calalı sizə görünsün».+ 7 Sonra Haruna dedi: «Qurbangaha yaxınlaş və özün üçün günah qurbanı+ ilə yandırma qurbanı təqdim et, özün və evin üçün kəffarə ver.+ Xalqın təqdiməsini gətir+ və Yehovanın əmr etdiyi kimi, onlar üçün kəffarə ver».+
8 Harun dərhal qurbangaha yaxınlaşıb özü üçün günah qurbanı olaraq dananı kəsdi.+ 9 Sonra oğulları qanı gətirib Haruna verdilər.+ O, barmağını qana batırıb qurbangahın buynuzlarına çəkdi, qalanını isə qurbangahın dibinə tökdü.+ 10 Heyvanın piyini, böyrəklərini, qaraciyərinin üstündəki piyi Yehovanın Musaya əmr etdiyi kimi, qurbangahda yandırdı.+ 11 Ətini və dərisini isə düşərgədən kənarda yandırdı.+
12 Sonra Harun yandırma qurbanı kimi təqdim olunan heyvanı kəsdi. Oğulları qanı gətirib ona verdilər və o, qanı hər tərəfdən qurbangahın üstünə çilədi.+ 13 Onlar heyvanın parçalarını başı ilə birlikdə ona verdilər. O da onları qurbangahda yandırdı. 14 Sonra bağırsaqlarla ayaqları yudu və qurbangahdakı yandırma qurbanının üstünə qoyub yandırdı.
15 Bundan sonra Harun xalqın təqdiməsini gətirdi. Xalqın günahı üçün olan təkəni kəsdi və birinci qurban kimi onu da günah qurbanı olaraq təqdim etdi. 16 Ardınca yandırma qurbanını təqdim etdi. Bu qurbanı qayda-qanuna uyğun olaraq gətirdi.+
17 Harun səhərki+ yandırma qurbanından savayı, taxıl təqdiməsi də gətirdi.+ Ondan ovuc dolusu götürüb qurbangahda yandırdı.
18 Sonra xalq üçün ünsiyyət qurbanı kimi nəzərdə tutulan buğanı və qoçu kəsdi. Oğulları qanı gətirib Haruna verdilər və o, qanı hər tərəfdən qurbangahın üstünə çilədi.+ 19 Buğanın piyini,+ qoçun quyruğunu, içalatını örtən piyi, böyrəkləri və qaraciyərin üstündəki piyi+ 20 döş hissələrinin üstünə qoydular, sonra Harun bütün bu piyi qurbangahda yandırdı.+ 21 Döş hissələrini və sağ budu isə Musanın əmr etdiyi kimi, Yehovanın önündə yellətmə təqdiməsi olaraq yellətdi.+
22 Harun günah qurbanını, yandırma qurbanını və ünsiyyət qurbanını təqdim edəndən sonra əllərini xalqa doğru uzadıb onlara xeyir-dua verdi+ və aşağı düşdü. 23 Musa ilə Harun Hüzur çadırına girdilər, sonra isə çıxıb xalqa xeyir-dua verdilər.+
Bütün xalqa Yehovanın calalı göründü.+ 24 Yehovanın hüzurundan alov çıxıb+ qurbangahdakı yandırma qurbanını və piyi yandırıb külə döndərdi. Bu an hər yandan sevinc nidaları eşidildi və xalq üzüstə yerə döşəndi.+