Saylar
1 İsraillilərin Misir torpağından çıxmalarının ikinci ilinin ikinci ayının birinci günündə+ Yehova Sina səhrasında+, Hüzur çadırında Musa ilə danışıb+ dedi: 2 «Bütün İsrail icmasında kişiləri ailələrinə, nəsillərinə görə bir-bir sayıb adbaad qeyd et.+ 3 Harunla birlikdə İsrail oğullarından yaşı iyirmi və iyirmidən yuxarı+ olub orduda xidmət etməyə yararlı hər kəsi bölüklərinə görə siyahıya al.
4 Özünlə hər qəbilədən nəslinə başçı olan bir nəfər götür.+ 5 Yanında bu adamlar olsun: Rubəndən Şəduir oğlu Əlisur+, 6 Şəmundan Surişədday oğlu Şəlumuil+, 7 Yəhudadan Əminədab oğlu Nəhsun+, 8 Yəsakirdən Suar oğlu Nəsnail+, 9 Zəbulundan Hilun oğlu Əlyab+. 10 Yusifin oğullarından: Əfraimdən+ Amihud oğlu Əlşama, Mənəssədən Fədhəsur oğlu Qəmlail, 11 Binyamindən Gidoni oğlu Abidan+, 12 Dandan Amişədday oğlu Əxyəzər+, 13 Aşirdən Öhrən oğlu Fəqail+, 14 Caddan Dəil oğlu Əlyasəf+, 15 Niftalıdan Ehnan oğlu Əxira+. 16 Bunlar icmadan çağırılan qəbilə başçıları+, İsrail kütlələrinin böyükləridir».+
17 Musa ilə Harun adları çəkilən bu kişiləri çağırdılar. 18 Onlar birlikdə ikinci ayın birinci günü bütün icmanı topladılar ki, yaşı iyirmi və iyirmidən yuxarı olan kişiləri ailələrinə, nəsillərinə görə adbaad, bir-bir siyahıya alsınlar,+ 19 çünki Yehova Musaya belə buyurmuşdu. Beləliklə, Musa Sina səhrasında onları siyahıya aldı.+
20 İsrailin ilki Rubənin oğulları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 21 Rubən qəbiləsindən siyahıya alınanların sayı 46 500 nəfər oldu.
22 Şəmunun övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 23 Şəmun qəbiləsindən siyahıya alınanların sayı 59 300 nəfər oldu.
24 Cadın övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 25 Cad qəbiləsindən siyahıya alınanların sayı 45 650 nəfər oldu.
26 Yəhudanın övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 27 Yəhuda qəbiləsindən siyahıya alınanların sayı 74 600 nəfər oldu.
28 Yəsakirin övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 29 Yəsakir qəbiləsindən siyahıya alınanların sayı 54 400 nəfər oldu.
30 Zəbulunun övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 31 Zəbulun qəbiləsindən siyahıya alınanların sayı 57 400 nəfər oldu.
32 Yusifin oğlu Əfraimdən törəyən övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 33 Əfraim qəbiləsindən siyahıya alınanların sayı 40 500 nəfər oldu.
34 Mənəssənin övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 35 Mənəssə qəbiləsindən siyahıya alınanların sayı 32 200 nəfər oldu.
36 Binyaminin övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 37 Binyamin qəbiləsindən siyahıya alınanların sayı 35 400 nəfər oldu.
38 Danın övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 39 Dan qəbiləsindən siyahıya alınanların sayı 62 700 nəfər oldu.
40 Aşirin övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 41 Aşir qəbiləsindən siyahıya alınanların sayı 41 500 nəfər oldu.
42 Niftalının övladları+ ailələrinə, nəsillərinə görə adbaad siyahıya alındı. Yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişiləri bir-bir saydılar. 43 Niftalı qəbiləsindən siyahıya alınanların sayı 53 400 nəfər oldu.
44 Musa, Harun və hər biri öz nəslini təmsil edən İsrailin on iki başçısının siyahıya aldığı adamlar bunlar idi. 45 İsrail oğullarından yaşı iyirmi və iyirmidən yuxarı olan, orduda xidmət etməyə yararlı bütün kişilər nəsillərinə görə siyahıya alındı. 46 Siyahıya alınanların ümumi sayı 603 550 nəfər idi.+
47 Lakin lavililər+ qəbilələrinə görə siyahıya alınmadılar.+ 48 Yehova Musaya demişdi: 49 «Lavi qəbiləsini siyahıya almazsan. Onları digər israillilərin sayına daxil etməzsən.+ 50 Lavililərə tapşır, qoy onlar Şəhadət sandığının+ yerləşdiyi Müqəddəs çadır, onun avadanlığı, o cümlədən çadıra aid hər şeylə bağlı işlərə baxsınlar.+ Onlar Müqəddəs çadırı və onun bütün avadanlığını daşıyacaq,+ çadırda xidmət edəcəklər.+ Düşərgələrini də Müqəddəs çadırın ətrafında qurmalıdırlar.+ 51 Yola düşmək vaxtı gələndə lavililər Müqəddəs çadırı sökməli,+ düşərgə salınanda isə qurmalıdırlar. Kənar adamlardan kim çadıra yaxınlaşsa, öldürülməlidir.+
52 Qoy israillilərdən hər kəs çadırını təyin olunmuş düşərgədə, öz üçqəbiləli bölümündə qursun.+ 53 Lavililər düşərgələrini Şəhadət sandığının yerləşdiyi Müqəddəs çadırın ətrafında salsınlar ki, İsrail icması qəzəbə tuş gəlməsin.+ Beləliklə, lavililər Şəhadət sandığının yerləşdiyi Müqəddəs çadıra görə cavabdehlik daşıyacaqlar».+
54 İsraillilər Yehovanın Musaya əmr etdiyi hər şeyi yerinə yetirdilər. Necə deyilmişdisə, elə də etdilər.