Saylar
17 Yehova Musaya dedi: 2 «İsraillilərlə danış, qoy hər qəbilənin başçısı öz qəbiləsi üçün sənə bir əsa versin,+ cəmi on iki əsa olmalıdır. Hər birinin adını öz əsasının üstünə yaz. 3 Lavinin əsasının üstündə Harunun adını yaz, çünki əsaların hərəsi bir qəbilə başçısının adınadır. 4 Onları Hüzur çadırında, adətən, sənə göründüyüm yerə, Şəhadət sandığının qabağına qoy.+ 5 Kimi seçsəm, onun əsası tumurcuqlayacaq.+ Bununla da israillilərin həm Mənə, həm də sizə qarşı deyinməyinə son qoyacağam».+
6 Musa israillilərlə danışdı və başçıların hərəsi gətirib ona bir əsa verdi. Hər qəbilə başçısından bir əsa olmaqla cəmi on iki əsa verdilər. Harunun da əsası onların arasında idi. 7 Musa əsaları Şəhadət sandığının yerləşdiyi Hüzur çadırında Yehovanın önünə qoydu.
8 Ertəsi gün Musa Şəhadət sandığının yerləşdiyi Hüzur çadırına girəndə gördü ki, Harunun Lavi qəbiləsini təmsil edən əsası tumurcuqlayıb. Əsanın tumurcuqları qönçələdi, əsa çiçək açdı və dəymiş badam gətirdi. 9 Musa əsaların hamısını Yehovanın önündən götürüb israillilərin qarşısına çıxardı. Camaat əsalara baxdı və hərə gəlib öz əsasını götürdü.
10 Yehova Musaya dedi: «Harunun əsasını+ Şəhadət sandığının qabağına qoy. Onu asi övladlar+ üçün nişan olaraq saxlayın+ ki, Mənə deyinməkdən əl çəkib ölməsinlər». 11 Musa dərhal Yehovanın əmrini yerinə yetirdi. Necə deyilmişdisə, elə də etdi.
12 Sonra israillilər Musaya dedilər: «Axırımız çatıb. Hamımız qırılıb öləcəyik! 13 Yehovanın Müqəddəs çadırına yaxınlaşan hər kəs öləcək!+ Deməli, hamımız beləcə qırılıb gedəcəyik?»+