İbranilərə məktub
8 Dediyimiz bu şeylərin məğzi budur: bizim belə bir baş kahinimiz+ var. O, göylərdə, Əzəmət Sahibinin taxtının sağında əyləşib.+ 2 O, insan əlinin deyil, Yehovanın qurduğu həqiqi çadırdakı müqəddəs məkanda+ xidmət edir. 3 Hər bir baş kahin Allaha bəxşişlər və qurbanlar təqdim etmək üçün təyin edilir, buna görə onun da təqdim etməyə nəyi isə olmalı idi.+ 4 O, yer üzündə olsaydı, kahin olmazdı,+ çünki orada Qanuna əsasən başqa kahinlər bəxşişlər təqdim edirlər. 5 Onların icra etdiyi müqəddəs xidmət səmavi şeylərin+ timsalı və kölgəsidir.+ Bu, Musa çadırı düzəltməyə hazırlaşarkən Allahın ona verdiyi əmrdən görünür: «Diqqətli ol ki, hər şey sənə dağda göstərilən nümunəyə uyğun düzəldilsin».+ 6 İndi İsa daha möhtəşəm xidmətə təyin olunub, belə ki, o, daha yaxşı vədlər üzərində hüquqi cəhətdən təsis edilmiş daha üstün bir əhdin+ də vasitəçisidir.+
7 Əgər birinci əhd qüsursuz olsaydı, ikincisinə ehtiyac qalmazdı.+ 8 Amma O, xalqına qarşı narazılığını bu sözlərlə bildirir: «Yehova deyir: “Gün gələcək İsrail evi və Yəhuda evi ilə yeni əhd bağlayacağam. 9 Bu əhd əllərindən tutub Misirdən çıxardığım gün+ ata-babaları ilə bağladığım əhdə bənzəməyəcək. Çünki onlar Mənim əhdimə sadiq qalmadılar, buna görə də Mən onlardan üz çevirdim”, — Yehova belə deyir».
10 «Yehova belə deyir: “O günlərdən sonra İsrail evi ilə bağlayacağım əhd budur: qanunlarımı onların ağlına qoyacağam, ürəklərinə yazacağam.+ Mən onların Allahı olacağam, onlar da Mənim xalqım.+
11 Artıq heç kəs öz soydaşına və qardaşına: “Yehovanı tanı!” — deməyəcək, çünki balacadan tutmuş böyüyədək hamı Məni tanıyacaq. 12 Onların pis əməllərini bağışlayacağam, günahlarını bir də xatırlamayacağam”».+
13 Allah «yeni əhd» deməklə əvvəlki əhdin köhnəldiyini göstərir.+ Dövrünü başa vurmuş və köhnəlmiş şey bir azdan yox olacaq.+