Birinci İşmuil
23 Bir müddət sonra Davuda xəbər verdilər: «Filiştlilər Qəylaya+ soxulub xırmanları talan ediblər». 2 Onda Davud Yehovadan soruşdu:+ «Gedib filiştlilərlə vuruşum?» Yehova cavab verdi: «Get filiştliləri qır, Qəylanı qurtar». 3 Lakin Davudun adamları dedilər: «Biz hələ burada, Yəhudada+ ikən qorxu içindəyik, gör Qəylaya, Filişt ordusu ilə müharibəyə getsək, halımız necə olar?!»+ 4 Onda Davud yenə Yehovadan soruşdu.+ Yehova da ona cavab verdi: «Qalx, Qəylaya get. Filiştliləri sənə təslim edəcəyəm».+ 5 Davud öz adamları ilə Qəylaya gedib filiştlilərlə döyüşdü. Onları darmadağın edib mal-qarasını talan etdi və Qəyla əhlini qurtardı.+
6 Əximəlikin oğlu Əbyatar+ Qəylaya Davudun yanına qaçıb gələndə döşlüyü özü ilə gətirmişdi. 7 Taluta xəbər verdilər: «Davud Qəylaya gəlib». Talut dedi: «Allah onu gətirib lap ovcumun içinə qoyub,+ çünki o, darvazalı, cəftəli şəhərə girməklə özü-özünü tələyə salıb». 8 Talut Qəylaya gedib Davudu adamları ilə birgə mühasirəyə almaq üçün xalqı səfərbər etdi. 9 Davud Talutun ona qəsd hazırladığını biləndə kahin Əbyatara: «Döşlüyü bura gətir», — dedi.+ 10 Davud Allaha müraciət etdi: «Ey İsrailin Allahı Yehova! Bu qulun eşidib ki, Talut Qəylaya gəlib mənə görə şəhəri dağıtmaq istəyir.+ 11 Qəylanın böyükləri* məni ona verəcək? Qulun düz eşidib, Talut, doğrudan, gələcək? Ey İsrailin Allahı Yehova, quluna əyan elə». Onda Yehova dedi: «O gələcək». 12 Davud soruşdu: «Qəyla böyükləri məni və adamlarımı Taluta verəcək?» Yehova: «Verəcək», — dedi.
13 Onda Davud dərhal durub təxminən altı yüz nəfər adamı ilə+ Qəyladan çıxdı. Onlar bir yerdən o biri yerə gedirdilər. Taluta çatdırdılar ki, Davud Qəyladan çıxıb. Onda Talut onun dalınca getmədi. 14 Davud çöllükdə — Zif çöllüyünün dağlarında, əlçatmaz yerlərdə qalırdı.+ Talut durmadan onu axtarırdı,+ amma Yehova Davudu onun əlinə salmırdı. 15 Davud bilirdi ki*, Xoreşdə, Zif çöllüyündə olduğu vaxt Talut onun canını almaq üçün yola çıxıb.
16 Talutun oğlu Yonatan Xoreşə Davudun yanına gəldi və onun Yehovaya inamını möhkəmləndirdi.+ 17 O, Davuda dedi: «Qorxma. Atam Talut səni tapa bilməyəcək. İsrailin padşahı sən olacaqsan,+ mən də səndən sonra ikinci adam olacağam. Bunu atam Talut da bilir».+ 18 Sonra onlar Yehovanın önündə əhd bağladılar.+ Yonatan evinə qayıtdı, Davud isə Xoreşdə qaldı.
19 Ziflər Gibaha+, Talutun yanına gəlib dedilər: «Davud bizim yaxınlığımızdadır,+ o, Xoreşin+ əlçatmaz yerlərində, Yeşimondan*+ cənubdakı Həqilə təpəsində+ gizlənib. 20 Ey padşah, nə vaxt ürəyin istəsə, gəl. Onu sənə verəcəyik».+ 21 Talut dedi: «Yehova sizdən razı olsun. Siz halıma acıdınız. 22 Gedin axtarın, onun dəqiq yerini, kimlərin onu gördüyünü öyrənin. Mənə deyiblər ki, o, yaman hiyləgərdir. 23 Gizləndiyi yerlərin hamısını yaxşı-yaxşı öyrənin, qayıdıb mənə dəlil-sübut gətirin. Onda mən sizinlə gedəcəyəm və əgər o, məmləkətdədirsə, onu bütün Yəhuda nəsilləri arasında axtarıb tapacağam».
24 Onlar Talutdan qabaq Zifə+ getdilər. Davud adamları ilə Yeşimondan cənubdakı Ərəbədə+, Məun+ çöllüyündə idi. 25 Talut adamlarını götürüb onu axtarmağa gəldi.+ Bunu Davuda xəbər verəndə o, qayalığa endi+ və Məun çöllüyündə qaldı. Talut bunu eşidəndə Davudu tutmaq üçün Məun çöllüyünə getdi. 26 Talut dağın bu biri tərəfinə gəldi, bu zaman Davudla adamları dağın o biri tərəfində idilər. Davud Talutdan qaçırdı.+ Talut isə öz adamları ilə Davudla dəstəsinə yaxınlaşırdı, onu yaxalamaq istəyirdi.+ 27 Bu vaxt qasid gəlib Taluta dedi: «Tez gəl, filiştlilər ölkəyə basqın ediblər!» 28 Talut Davudu təqib etməyi dayandırıb filiştlilərlə döyüşməyə getdi.+ Buna görə də həmin yer Sela-Hammahleqot* adlanır.
29 Davud oradan qalxıb Eyn-Gedinin+ əlçatmaz yerlərində məskən saldı.