2 Yehova Musaya dedi: «Qardaşın Haruna de ki, istədiyi vaxt pərdənin arxasındakı Ən müqəddəs yerə girib sandığın qapağının önünə gələ bilməz,+ əks halda, öləcək,+ çünki Mən qapağın üstündəki+ buludda+ zühur edəcəyəm.
12 Sonra o, Yehovanın önündə olan qurbangahdan yığılmış közlə dolu buxurdanı+ və iki ovuc döyülüb ovulmuş ətirli buxur+ götürüb pərdənin arxasına keçməlidir.+
7 İkinci otağa isə ildə bir dəfə yalnız baş kahin,+ özü də mütləq qanla girər+ və onu öz günahlarından+ və xalqın bilmədən törətdiyi günahlardan+ ötrü Allaha təqdim edərdi.
19 Buna görə də qardaşlar, İsanın qanı sayəsində bizim müqəddəs məkana gedən yoldan+ istifadə etməyə cəsarətimiz var. 20 Çünki o, pərdəni+, yəni bədənini arxada qoyub bizim üçün yeni və canlı bir yol açdı.