Amus
9 Yehovanı gördüm.+ Qurbangahın üzərində dayanmışdı. O, mənə dedi: “Sütunun başından elə vur ki, kandarlar titrəsin. Sütunların başını sındır. Mən sağ qalanları qılıncdan keçirəcəyəm. Heç kim qaça bilməyəcək, qaçmaq istəyənlər canını qurtara bilməyəcək.+
2 Yeri qazıb Məzara* ensələr də,
Əlimi atıb onları oradan çıxaracağam,
Göyə qalxsalar da,
Oradan yerə salacağam.
3 Karmelin başında gizlənsələr də,
Onları axtaracağam və oradan götürəcəyəm.+
Əlimdən qaçıb dənizin dibində gizlənsələr də,
Orada ilana əmr edəcəyəm onları çalsın.
4 Düşmən onları qabağına qatıb əsir aparsa,
Orada qılınca əmr edəcəyəm onları öldürsün.+
Yaxşılıq yox, pislik üçün onlara göz qoyacağam.+
5 Çünki Külli-İxtiyar, ordular Allahı Yehova yerə toxunar,
Yer əriyər,+ bütün sakinləri yas tutar,+
Onların hamısı Nil suları kimi qalxar,
Misirdəki Nil kimi çəkilər.+
6 “Göyün pillələrini yaradan,
Qübbəsini yer üzərində bərqərar edən,
Dəniz sularını yanına çağırıb
Yer üzünə tökən Odur.+
Yehovadır Onun adı.+
7 Yehova deyir: “Ey İsrail xalqı, məgər siz Mənim üçün kuşlular kimi deyilsiniz?
8 “Budur Külli-İxtiyar Yehovanın gözləri günahkar padşahlığın üzərindədir.
Onu yer üzündən silib atacaq.+
Amma yenə də Yaqub evini tamamilə məhv etməyəcəyəm”,+ — bəyan edir Yehova.
9 “Mən əmr verib
İsrail evini bütün xalqlar arasında
Xəlbirtək ələyəcəyəm,+
Bir çınqıl da yerə düşməyəcək.
10 Xalqımın bütün günahkarları qılıncdan öləcək.
Onlar deyirlər: “Bəla bizə yaxınlaşmaz, bizə çatmaz”.
11 Həmin gün Davudun yıxılmış çardağını qaldıracağam,+
Dəlmə-deşiyini tutacağam.
Viranəliklərini bərpa edib
Əvvəlki halına qaytaracağam.+
12 Belə ki, Ədumun+ sağ qalanlarına
Və adım üzərlərində olan bütün xalqlara sahib olsunlar”, — bunu edən Yehova bəyan edir.
13 Yehova deyir: “Elə günlər gəlir ki,
Cütçü biçinçiyə,
Üzüm tapdalayan toxum səpənə çatacaq.+
Dağlardan şirin şərab damacaq,+
Bütün təpələrdən axacaq.+
14 Xalqım İsraili əsirlikdən qaytaracağam,+
Onlar viran qalmış şəhərləri tikib orada yaşayacaqlar,+
Üzümlüklər salıb şərabını içəcək,+
Bağ-bağat salıb meyvəsini yeyəcəklər.+
15 Onları öz torpaqlarında əkəcəyəm,
Onlar pay verdiyim torpaqdan bir daha qoparılmayacaqlar”.+
Bunu sizin Allahınız Yehova deyir».