Lavililər
16 Harunun iki oğlu Yehovanın hüzuruna yaxınlaşıb öləndən sonra Yehova Musa ilə danışdı.+ 2 Yehova Musaya dedi: «Qardaşın Haruna de ki, istədiyi vaxt pərdənin arxasındakı Ən müqəddəs yerə girib sandığın qapağının önünə gələ bilməz,+ əks halda, öləcək,+ çünki Mən qapağın üstündəki+ buludda+ zühur edəcəyəm.
3 Ən müqəddəs yerə gələndə Harun günah qurbanı üçün 1 cavan buğa,+ yandırma qurbanı üçün 1 qoç gətirməlidir.+ 4 Kətandan olan müqəddəs alt köynəyini,+ kətan tumanını+ geyinməli, kətan kəmərini belinə bağlamalı+ və kətan əmmaməsini+ başına qoymalıdır. Bunlar müqəddəs geyimlərdir.+ Onları çimib+ geyinməlidir.
5 Harun İsrail oğullarının icmasından+ günah qurbanı üçün 2 cavan təkə, yandırma qurbanı üçün 1 qoç götürməlidir.
6 Sonra Harun öz günahları üçün olan qurbanlıq buğanı gətirməli, özü ilə evi üçün kəffarə verməlidir.+
7 Sonra təkənin ikisini də götürüb Yehovanın önünə, Hüzur çadırının girişinə gətirməlidir. 8 Harun təkələrə görə iki püşk atmalıdır: püşkün birini Yehova üçün, digərini azazel* üçün. 9 Püşklə+ Yehovaya düşən təkəni gətirib günah qurbanı olaraq təqdim etməlidir. 10 Püşklə azazelə düşən təkəni isə kəffarəsini vermək üçün diri halda Yehovanın önünə gətirməlidir. Sonra təkə azazel üçün səhraya buraxılmalıdır.+
11 Harun öz günahları üçün olan qurbanlıq buğanı gətirib özü ilə evi üçün kəffarə verməlidir. O, öz günahları üçün olan buğanı kəsməlidir.+
12 Sonra o, Yehovanın önündə olan qurbangahdan yığılmış közlə dolu buxurdanı+ və iki ovuc döyülüb ovulmuş ətirli buxur+ götürüb pərdənin arxasına keçməlidir.+ 13 Yehovanın önündə közün üstünə buxuru tökməlidir.+ Buxurun tüstüsü Şəhadət sandığının üstündəki qapağı+ bürüməlidir ki, o ölməsin.
14 Harun həmçinin buğanın qanından+ götürüb şərq tərəfdən qapağın qarşısında barmağı ilə damcılatmalıdır. Qanı qapağın qarşısında yeddi dəfə damcılatmalıdır.+
15 Sonra xalqın günahları+ üçün olan qurbanlıq təkəni kəsməli və qanını pərdənin arxasına+ gətirib buğanın qanı kimi, qapağın qarşısında damcılatmalıdır.+
16 Harun İsrail oğullarının natəmiz əməllərinə, asilik və günahlarına görə Ən müqəddəs yer üçün kəffarə verəcək.+ Natəmiz əməlləri olan xalqın arasında yerləşən Hüzur çadırı üçün də bunu etməlidir.
17 Harun kəffarə vermək üçün Ən müqəddəs yerə girəndən çıxana qədər ora heç kəs ayaq basmamalıdır. O, özü və evi üçün,+ eləcə də bütün İsrail icması üçün kəffarə verməlidir.+
18 Sonra o çıxıb Yehovanın önündə olan qurbangaha+ yaxınlaşmalı və onun üçün kəffarə verməlidir. Buğanın və təkənin qanından götürüb hər tərəfdən qurbangahın buynuzlarına çəkməlidir. 19 Bundan əlavə, barmağını həmin qana batırıb yeddi dəfə qurbangahın üstünə damcılatmalı, onu İsrail oğullarının natəmiz əməllərindən paklamalı və müqəddəs etməlidir.
20 Ən müqəddəs yer, Hüzur çadırı və qurbangah üçün kəffarə verib+ qurtarandan sonra Harun diri təkəni+ gətirməlidir. 21 O, hər iki əlini diri təkənin başına qoyub İsrail oğullarının bütün səhvlərini, asilik və günahlarını etiraf etməlidir. Bununla, sanki, bütün günahları təkənin başına qoymuş olacaq.+ Sonra o, təkəni qabaqcadan təyin olunmuş adamın əlinə verib səhraya buraxmalıdır. 22 Beləliklə, Harun təkəni səhraya buraxacaq. Təkə onların bütün günahlarını özü ilə səhraya aparacaq.+
23 Bundan sonra Harun Hüzur çadırına girməli, Ən müqəddəs yerə daxil olarkən geyindiyi kətan paltarları çıxarıb orada qoymalıdır. 24 O, müqəddəs yerdə çimib+ paltarını geyinməlidir.+ Sonra çıxıb özü üçün və xalq üçün olan yandırma qurbanlarını təqdim etməli,+ özünə görə və xalqa görə kəffarə verməlidir.+ 25 Günah qurbanının piyini də qurbangahda yandırmalıdır.
26 Azazel təkəsini səhraya buraxan adam paltarlarını yumalıdır,+ özü isə çimməlidir. Ondan sonra düşərgəyə gələ bilər.
27 Günah qurbanı kimi kəsilən və qanı kəffarə üçün Ən müqəddəs yerə gətirilən buğanı və təkəni düşərgədən kənara aparmaq, dərisini, ətini və nəcisini yandırmaq lazımdır.+ 28 Bunları yandıran adam paltarlarını yumalıdır, özü isə çimməlidir. Ondan sonra düşərgəyə gələ bilər.
29 Bu, sizin üçün həmişəlik qanun olacaq: yeddinci ayın onuncu günü canınıza cəfa* verməlisiniz. Həmçinin nə yerli adam, nə də aranızda yaşayan yadelli heç bir iş görməməlidir.+ 30 Çünki həmin gün sizi pak elan etmək üçün kəffarəniz veriləcək.+ Yehovanın qarşısında bütün günahlarınızdan təmizlənəcəksiniz.+ 31 Bu, sizin üçün Şənbə olacaq, tam istirahət günü. Canınıza cəfa verməlisiniz.+ Bu, daim qalacaq qanundur.
32 Məsh olunmuş və atasının+ yerinə təyin edilmiş kahin+ kəffarə verməli və müqəddəs kətan paltarları geyinməlidir.+ 33 O, Ən müqəddəs yer,+ Hüzur çadırı+ və qurbangah+ üçün, eləcə də kahinlər və bütün icma üçün kəffarə verməlidir.+ 34 Bu, sizin üçün həmişəlik qanundur:+ ildə bir dəfə İsrail oğulları üçün bütün günahlarına görə kəffarə verməlisiniz».+
O, Yehovanın Musaya əmr etdiyini dəqiqliklə yerinə yetirdi.